Bütün xəbərlər
Sumqayıt Cümə Məscidində şəhid ailələri ilə növbəti tədbir keçirilib-VİDEO+FPTOLAR
Tarix: 08-01-2024 14:25 | Bölmə: Reportaj

Sumqayıtda fəaliyyət göstərən Cümə Məscidi hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərir. Bunun bariz nümunəsi olaraq yanvarın 7-də


                          

Sumqayıt Cümə Məscidində  şəhid ailələri ilə "Fatehlərimizi tanıyaq, tanıdaq unutmayaq!" adlı növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov belə deyib:"Sizin qarşınızda

                              
çıxış etmək həm şərəflidir, həm çətindir. Şərəflidir ona görə ki, qizin əzizləriniz, doğmalarınız bizə şərəf,qürur gətiriblər.Bizim əyilən başımızı dikəldiblər. Çətindir ona görə ki, sizin önünüzdə hər dəfə rastlaşanda təkrar-təkrar çıxış edirik. Siz öz doğmalarınıız, əzizlərinizi Vətən uğrunda qurban vermisiniz. Nə qədər dövlətçiliyimiz, üçrəngli bayrağımız yerindədir, xalq öz şəhidlərini unutmayacaq.

                          

Allahdan şəhidlərimizi rəhmət diliyirik. Qaziləimizə can sağlığı.Təşəkkür edirik ki, bu müqəddəs məkana gəldiniz. Müqəddəs məkanda müqəddəs varlıqları yad edirik.Duamız bu olsun ki, onların canı-qanı bahasına alınan torpaqlarımızda olan məscidlərdə sizinlə bir yerə şəhidlərimizin ruhları üçün dua edək!"

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

                           


Baxış sayı: 550


Bölməyə aid digər xəbərlər