Bütün xəbərlər
Şəhid Qubad Əliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
Tarix: 10-11-2023 00:55 | Bölmə: Reportaj
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Qubad Əliyevin anım günü keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, ictimayyət nümayəndələri, məktəblilər iştirak ediblər.Quran oxunub. Şəhidlər bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.

              
              
              
Tədbirin aparıcısı şəhid atası Hacı Əhməd şəhid Qubad Əliyevin həyat yolundan danışıb, öz yazdığı şeirləri oxuyub. Saray qəsəbəsindəki 2

                        
                        
                        
nömrəli tam orta məktəbin şagirdləri və şəhid anası Ülviyyə xanım şeir söyləyiblər.
Sumqayıt şəhər 33 nömrəli məktəbin direktoru Rübadə Əsgərova çıxışında deyib:"Bugünkü günü, Zəfəri bizə verən bu oğullardır.Onların ruhu qarşısında baş əyirəm. Onlar həmişə bizim xatirimizdə olacaqlar. Bu oğullar, tarixi yazan oğullardır.Qubad Şuşanın qartalıdır, bu ad hər kəsə nəsib olmur.Allah ona, bütün şəhidlərə rəhmət eləsin!"
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

                       




































Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər