Bütün xəbərlər
Şəhid Məhəmmədəli Həsənzadənin anım günü keçirilib-VİDEO+FOTOLAR
Tarix: 08-11-2023 21:59 | Bölmə: Reportaj
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Məhəmmədəli Həsənzadənin anım günü keçirilib.

                      
Tədbirdə şəhid ailələri, qazilər, ictimayyət nümayəndələri, məktəblilər, Qubadlı rayon İcraHakimiyyətinin məsul şəxsləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər. Qubadlı məktəbliləri və şair Elbrus Qayalı vətənpərvər ruhlu şeirlər söyləyiblər.

                       
Tədbirdə çıxış edən  Qubadlı RİH başçısının müavini Allahverdi Haqverdiyev deyib: "Rayon İcra Hakimiyyətinin başçısı Malik müəllimin salamını sizə çatdırıram.Şəhidin yaxınlarıan,əzizlərinə başsağlığı verirəm.Bizim burda dik durmağımız şəhidlərin qanı, canı bahasına başa gəlib.Prezidentimizin dəmir yumruğu, Məhəmmədəli kimi,şəhidlərimizin,

                        
qazilərimizin qanı, canı bahasına bu torpaqlarımız işğaldan azad olundu.Biz indi torpağımıza gedib gəlirik. Abadlıq, quruculuq işləri gedir.Hörmətli Prezidentimiz həmişə çıxışlarında deyirdi ki, Azərbaycan bayrağı bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaq. Doğrudan da bu belə oldu.Hörmətli Prezidentimiz Xocalıda, Xocavənddə, Füzulidə,  çıxışlarında demişdi ki, torpaqlarımız şəhidlərin canı, qanı bahasına azad olundu.Ancaq bizdə bir təsəlli var ki, o torpaqlar işğaldan azad olundu, şəhidlərin qanı yerdə qalmadı. 
Məhəmmədəli Həsənzadənin abidəsi rayonda ucalacaq.Onun adına küçələr olacaq, bulaqlar tikiləcək. Allah rəhmət eləsin.Qəbri nurla dolsun!"
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az










Baxış sayı: 384


Bölməyə aid digər xəbərlər