11:03 / 27-02-2026
Xocalı – faciədən qürura gedən yol
23:32 / 26-02-2026
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
23:25 / 26-02-2026
Təqsirləndirilən şəxs məhkəmədən qaçıb
23:18 / 26-02-2026
Tramp və Zelenski ərazi məsələlərini müzakirə etdilər
23:13 / 26-02-2026
Su basmış küçələrində tabutlar üzüb
23:08 / 26-02-2026
Dünya dama çempionu zorla Ukrayna Silahlı Qüvvələrinin hücum dəstələrinə çağırılıb
23:01 / 26-02-2026
Mariya Zaxarova Merzin barbarlıq ittihamlarını ləğv etdi
22:56 / 26-02-2026
Cenevrə danışıqlarını tərk etdi
22:52 / 26-02-2026
Klinton Konqresdə Epşteyni tanıdığını təkzib etdi
22:42 / 26-02-2026
Əfqanıstan Pakistanın sərhəd bölgələrində hərbi əməliyyatın başladığını elan etdi
22:38 / 26-02-2026
Doqquz rusiyalı futbol hakimi rüşvətxorluqda ittiham olunub
17:47 / 26-02-2026
Medinski Rusiya və Ukrayna əsgərlərinin cəsədlərinin mübadiləsi ilə bağlı saytından foto paylaşdı
17:43 / 26-02-2026
Məhkəmə bir mədəndə qanun pozuntularına görə əməliyyatları dayandırdı
17:40 / 26-02-2026
Boçorişvili: "Rusiyaya qarşı sanksiyalar Gürcüstanın özünə zərər verəcək"
17:37 / 26-02-2026
Kilinkarov:" Zelenski zəmanət olaraq ömürlük prezidentlik tələb edir"
17:28 / 26-02-2026
Lavrov Qərbdə nüvə ritorikasının güclənməsini izah etdi
17:25 / 26-02-2026
Britaniya ukraynalı qaçqın ailəsinə sığınacaq verməkdən imtina etdi
17:22 / 26-02-2026
Paşinyan Rusiya-Ermənistan münasibətlərində transformasiyanı elan etdi
17:15 / 26-02-2026
İstintaq altında olan dördüncü övladını dünyaya gətirib
17:12 / 26-02-2026
Qəzaya uğrayan Türkiyə "F-16" təyyarəsi naməlum bir obyekt səbəbindən havaya qalxıb
16:54 / 26-02-2026
15 yaşlı yeniyetmə qatarda sörf edərkən ağır xəsarətlər alıb
16:48 / 26-02-2026
Media xəbərlərinə görə, Rusiya 10 il ərzində AB ölkələrindən nüvə raketlərini vura biləcək
16:44 / 26-02-2026
Kuryer saxlanılıb
22:53 / 25-02-2026
Peskov Putin, Tramp və Zelenskinin nə vaxt görüşə biləcəyini açıqladı
22:44 / 25-02-2026
Tramp və Zelenski telefon danışığı aparıblar
22:39 / 25-02-2026
15 yaşlı yeniyetmə atasını boynuna bıçaqla vuraraq öldürüb
22:34 / 25-02-2026
Peskov Ukrayna danışıqlarında ən çətin məsələni adlandırdı
22:28 / 25-02-2026
Günəş son iki həftədəki ən güclü partlayışını yaşadı
22:23 / 25-02-2026
Ticarət mərkəzində yeniyetmə döyülüb
22:19 / 25-02-2026
Bir uşağa it hücumu ilə bağlı cinayət işi açılıb
20:29 / 25-02-2026
Si Cinpin Ukrayna ilə bağlı sülh yolu ilə dialoqa çağırış etdi
20:15 / 25-02-2026
Yanacaqdoldurma məntəqəsini yandıran yeniyetmə qızı məhkəmə həbs edib
20:11 / 25-02-2026
Tibb Mərkəzində bir xəstə işçilərə hücum etdi
20:08 / 25-02-2026
SHOT: ÇSKA futbolçusu İlya Agapov Ufada xuliqanlıq etdiyinə görə saxlanılıb
20:01 / 25-02-2026
Bessent İranı çirkli pulların yuyulmasında və terrorçuları dəstəkləməkdə ittiham etdi
19:55 / 25-02-2026
Macarıstan ordusu əsas enerji obyektlərini təmin edir
19:51 / 25-02-2026
Putin televiziyaya baxmaqdan bezdiyini söylədi
16:14 / 25-02-2026
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
QİSAS - hekayə-Rəna Abdullayeva
Tarix: 29-03-2023 22:25 | Bölmə: Ədəbiyyat

Rəna Nəcəfqızı Abdullayeva. 1960- cı ildə Yevlaxda anadan olub. 1977- ci ildə ota məktəbi bitirib və həmin il də o vaxtkı Lenin adına ADPU- nin Filologiya fakültəsinə daxil olub. 1982- ci ildən Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Əsərləri "Elm və təhsil", "Yurd", " Bütöv Azərbaycan", " Azad Qələm" qəzet və jurnallarında çap olunub.
QİSAS
(hekayə)
Turac yuxudan oyanıb əsnədi, incə barmaqlı zərif əllərinin arxasıyla dodaqlarına yüngülcə döyəcləyib xoşhallandı. Gözlərini təkrar qapayanda dodağına qonan təbəssüm çöhrəsini nura boyadı. Sonra nazik yorğanı üstündən atıb yatağında oturdu. Ayaqlarını taxta döşəməyə qoyanda üşüdüyünü hiss etdi. Ürəyindən keçirdi ki, gərək havalar tam qazana kimi çarpayının qarşısındakı xalçanı götürtrməyərdim...
Keçib otağın ayaq tərəfindəki kamodun önündə dayandı. Kamodun kənarları incə naxışlarla işlənmiş aynasnda özünə baxdı. Hörükləri boşalmış, saçları açılıb alnına, üzünə dağılmışdı. Tez əl atıb saçlarını arxaya sığalladı. Qapqara şəvə kimi saçları sözünə baxmadığı üçün hörüklərini açıb yenidən sahmana salmaqdan başqa çarəsi qalmadı. Darağı əlinə alanda xəyallandı.
Anasının sağlığında saçlarını o darayardı. Nəvazişlə sığal çəkər, sonra sıx-sıx hörərdi. Arxaya dartılan saçları sanki gözlərini də çəkib gicgahlarına doğru uzatmışdı . Qara badamı gözləri xumarlandıqca Turac eynən anasına bənzəyirdi.
Artıq o yeniyetmə qız olmuşdu.
Anasının dünyasını dəyişməsindən beş il ötürdü. Bu illərdə atası Zülfüqar bəy ona anasızlığını hiss etdirməmişdi. Məktəbə göndərmək üçün şərait olmasa da kifayət qədər dünyagörüşə malik ,təhsili bir dayə qadın tapmış ,qızının tərbiyə və təhsilini ona tapşırmışdı.
Turac hörüklərini açdı. Saçları şəlalə kimi çiyinləri aşagı axdı. Zərif ipəkdən tikilmiş gecə köynəyinin kürəyi və yaxasının açıq yerlərindən saçları bədənini qarsaladı . Keçib otağın arxa baxçaya açılan pəncərəsinin atlas pərdəsini kənara çəkdi . Tülün arxasından görünən mənzərə onu valeh etdi.
Atası bu otağı məxsusi ona hazırlatmış, pəncərəsinin önündə rəngbərəng, ətrli gül-çiçək əkdirmişdi. Otağın əşyalarını da xaricdən gətirtmişdi.
Turac bu qədər dəbdəbə ilə əhatə olunsa da çox sadə bir qızdı. O, həm gözəlliyi ilə, həm də xasiyyətcə tam anasını xatırladırdı. Onun kimi qamətli, şux, qayğıkeş, mehriban və ürəyiyuxa idi...
Pəncərənin şaqqıltı səsinə bir az aralıdakı kolluqda gizlənmiş Abbasəli səksəndi. Əli ilə kolu aralayanda barmağına batan tikanın ağrısından içini çəkib inildədi. Çiçəyini tökmüş itburnu kollarını geri edərkən onun sərt tikanları əlinin içini də, çölünü də parçaladı. Qanı dayandırmaq üçün aşağı əyilib əlini qarşısında axan arxın suyuna salmağıynan suyun rəngi qıpqırmızı oldu. Az keçmədən əlinin ağrısı səngidi. O, bu dəfə daha ehtiyatla hərəkət etmək qərarına gələrək astaca sivişib özünü gül kollarının arasına saldı. Yerini elə rahatladı ki, onu görən olmasın.
Başını qaldırıb qarşıdakı pənçərəyə baxanda donub qaldı. Gözlərinə inanmadı. Nişanlısı Şahsənəm illər əvvəlki görkəmdə onun qarşısındakı pəncərədən boylanırdı. Abbasəli ilan vurmuş kimi yerində qıvrılaraq öalçaq səslə ;
--- Bu necə olur ,- dedi və yumruğunu düydü,- Şahsənəm ölüb ,axı. Ölməsə belə, gör neçə illər keçib, amma, o ,hələ qocalmayıb .
Turac dərindən nəfəs alıb pəncərədən içəri dolan təmiz havanı ciyərlərinə çəkdi. Onun gözəl üzü və vücudu Abbasəlinin ağlını başından aldı.
Turac üşüdüyündən əlləri ilə çiyinlərini quçaqladı. Bu zaman saçlarının arasından qızın çılpaq qolları göründü. Abbasəli pəncərənin lap yaxınlığında idi. Qızın sağ çiyninə baxanda şüuru yerinə qayıtdı.
Dəqiq yadında idi, nişanlı vaxtı Şahsənəmin sağ qolunu xəncərlə ağır yaralamışdı. O yaranın izi çox dərin idi. Amma bu qızın qolunda heç bir iz görünmürdü.
Turac pəncərənin önündən çəkildi.
Keçib əyninə yaşıl ipək tumanını və zoğalı rəngli məxmər arxalığını geyindi. Saçlarını nə qədər sıx hörsə də alnına tökülən qıvrım tellərini ram edə bilmədi. Bənövşəyi naxışlı kəlağayısını başına atıb eyvana çıxdı. Quş kimi səkərək birmərtəbəli hündür evin pillələrini enib aşağı düşdü.
Səhər- səhər gül- çiçəkdən şehli- şehli dərib otağına aparmağı artıq adət etmişdi. Bu dəfə qulluqçu Mahiyənin səsi onu saxladı;
---Turac xanım, bu gün rəhmətlik Şahsənəm xanımın ildönümüdür. Zülfüqar bəy tapşırıb hazırlıq görək. Ehsan süfrəsi açacaq, bir də qəbir üstə çıxılacaq. Məsləhət görərdim ki, səhər yeməyinizi yeyib sonra Şahsənəm xanımın qəbri üstünə qoymaq üçün onun sevdiyi güllərdən toplayasınız .
Mən toplamaq istəyirdim , ancaq , ağa buyurdu ki, qoy Turac seçsin gülləri.
Turac anasının ölümünü xatırlayıb kədərlənsə də , bu işdə atasının ona etimad göstərməsinə çox sevindi .
Yuyunub səhər yeməyi yemək üçün yuxarı qalxdı.
Hər şey Abbasəliyə gün kimi aydın oldu atıq. Deməli Turac Zülfüqarın qızıdır? Vaxtilə onun nişanlısını əlindən alıb qaçıran, qisas almağa fürsət verməyib , Abbasəlini yerindən- yurdundan didərgin salan Zülfüqar bəyin qızı!
Abbasəlinin gözündə sevinc qığılcımları parladı. Əllərini bir - birinə sürtərək dedi;
---Allah mənə qisas almaq üçün fürsət verdi, Zülfüqar! Sən mənim nişanlımı qaçırdın, mən də sənin qızını qaçırıb, Şahsənəmin qəbrinin üstə aparacam. Qoy ,qəbr evində zəbanə çəksin. Məni atıb sənə qoşulub qaçdı qancıq. Məni el içində xəcil elədi. Kimsənin üzünə baxa bilmədim. Başımı götürüb qaçdım , yurd- yuvamdan perik düşdüm.
Əslində Abbasəlinin düşündüyü kimi deyidi.
Şahsənəm onun dayısı qızı idi. Boylu buxunlu , lay divar kimi cüssəli Abbasəlinin dərdindən ölənlər çox idi. Amma, o, öz dayısı qızı Şahsənəmi seçdi. Şahsənəm də Şahsənəm idi, haaa! Şahanə , məğrur ,ay parçası kimi.
Bibisi oğluna könül verdi Şahsənəm. Böyüklərin də xeyir- duasıyla nişanlandılar.
Günlər su kimi axıb keçdi. Abbasəlinin iç üzü tez açıldı. Zalım, kobud biri olduğu açıq- aşkar özünü göstərdi. Ancaq, nə fayda, olan olmuş, torba da dolmuşdu. Neyləmək olardı?
Şahsənəm it kimi peşman olsa da ,atası daş atıb başını tutdu ki, eşşəyə minmək bir , düşmək iki ayıb. İş elə gətirdi ki, bir gün kefli gəlib Şahsənəmi bağçaya çagıran Abbasəli acığa düşüb ona itaət etməyən nişanlısını xəncərlə ağır yaraladı. Dayı bu işə də "el qınağı"na göz yumdu. Dedi ki, evlənib bir uşağı olar, başı qarışar , ağlı da başına gələr. Ancaq, qozbeli qəbir düzəldər, deyiblər.
Günlərin bir günü təsadüfən gözəl Şahsənəm rəfiqəsigildə Zülfüqar bəyi görür. Zülfüqar da özünə görə Zülfüqar deyildi. Ağıllı ,təhsilli, mədəni və tədbirli. İlk baxışdan aşiq olan gənclər bir neçə dəfə gizlicə görüşdülər. Bir - birinin xasiyyətinə azdan- çoxdan bələd oldular.
Şahsənəm Zülfüqar bəy kimi savadlı olmasa da ,fəhimli qız idi. Həm də həyat ona kifayət qədər dərs vermişdi. Ağı qaradan seçə bilirdi. Çörəyi ağzını qoyub qulağına aparanlardan deyildi.
Zülfiqar qızın nişanlı olduğunu öyrənəndə artıq iş- işdən keçmişdi. Qıza elə bənd olmuşdu ki, onun surətini bir an belə gözündən uzağa qova bilmirdi. Ağlı işində - gücündə olsa da, ürəyi Şahsənəmdə idi. Geniş dünyagörüşə malik Zülfüqar nişan məsələsini o qədər də ürəyinə salmadı. Çünki, Şahsənəmin ona baxan gözlərində gördüyü sevgi qığılcımından qəlbinə düşən atəşin odu qızın nişanlı olmasını əməlli- başlı kölgədə qoysa da, əksinə onun el adətiylə elçi gedib, ailə qurmasına mane oldu.
Ona görə də gənclər qoşulub qaçmağa qərar verdilər.
Bundan sonra Şahsənəmin atası xəcil oldu,qan- qan deyən Abbasəli asdı- kəsdi. İkisini də tapıb öldürəcəm, dedi.
Anası qan- yaş töksə də əslində Abbasəlinin farağat durmayacağını bildiyi üçün qorxurdu. Ürəyinin dərinliklərində isə qızının qaçırılmağına sevinirdi .
Zülfüqar bəy də tədbirli tərpənib uzaqlaşdı buralardan. Ağlı başından çıxan Abbasəli Zülfüqar bəyin evinə od vurub yandırdıqdan sonra hökümətdən uzaq düşdü. İlim- ilim itdi buralardan. Nə öldüsü bilindi, nə də qaldısı.
İndi hansı külək onu qovub buralara gətirmişdi, kim bilir?
Şahsənəmin öldüyünü eşidəndə Zülfüqarı da "cəhənnəmə vasil etmək üçün" gizlicə onun həyətinə girdi. Ancaq onun Şahsənəmin oxşarı qızını görəndə qisas planını dəyişdi. Turacı qaçırıb aparmaq fikrinə düşdü.
Turac yeməyini tələsik yeyib qayçı götürdü və gül toplamaq üçün baxçaya endi. Bir neçə gül dərdikdən sonra arxın kənarında əkilmiş anasının çox sevdiyi ağ rəngli qızılgüllərdən yığmaq üçün irəliyə doğru getdi. Gülə əlini uzatmaq istərkən biləyindən qüvvətli bir əl yapışdı. Sonra digər əli ilə onun ağzını qapayıb aşağı çəkdi. Turac cəsur qız idi. Həmən təslim olmadı. Fürsət tapıb əlindəki qayçını var gücü ilə Abbasəlinin qarnına soxdu. Abbasəli ağrıdan qıvrıldı, qolları boşaldı. Qışqırmağa fürsət tapan Turac səsi gəldikcə çığırdı;
---Anaaa!
Abbasəli həm ona mane olmaq üçün, həm də ağrıdan nərildədi;
---Kəs səsini, qancıq!
Səsi hər kəs duymuşdu. Oz otağında yazı masası arxasında əyləşən Zülfüqar bəy əvvəl ciyərparəsinin ,sonra yad kişi səsini eşidib divardakı tüfəngə əl uzatdı. Bir an içərisində özünü həyətə ataraq ora- bura boylandı. Nökər- naib də əlində silah, zopa , balta tökülüşdü. Hər kəs bayaq səs gələn tərəfi müəyyən etmək üçün ora- bura vurnuxurdu.
Birdən su arxının yanında kollar tərpəndi. Orada kimsə süpürləşirdi. Zülfüqar bəy Turacın xırıltılı səsini eşitdi və bu anda kolların arasında kişi kürəyi göründü. O, tüfəngi üzünə qaldıtıb atəş açdı. Amma həmin an Turac göründü və yıxıldı. Zülfüqar bəy tüfəngi tullayıb irəli atıldi , yaralı Turacı qucağına aldı. Onun sinəsindən qan axırdı.Zülfüqarın gözləri qaraldı. Amma müvazinətini itirmədi. Abbasəli huşsuz halda yerdə uzanmışdı. Onun qarnından və çiynindən qan axırdı.
Turac atasına baxıb zorla dedi;
---Ataa... anam... ağ güllər...
Zülfüqar bəy al qan içində olan qızını qucağına alıb faytonla xəstəxanaya çatdırdı.
Turac çox qan itirmişdi. Sağalmasına güman yox idi.
O gün ailə Şahsənəmin qəbri üstünə gedə bilmədi.
Ancaq Şahsənəm özü gəldi. Həyatla ölüm arasında mücadilə aparan Turac ağ buludların arasında uçan anasını gördü.
Əllərini göylərə uzadıb dad döydü;
--- Ana,məni də özünlə apar. Mən ora tək getsəm itib bataram, burda da qalsam , o ilan məni çalacaq. Axı, mən onu öldürə bilmədim...
Şahsənəm əli ilə yox işarəsi verib
Turaca atasını göstərdi və buludların arxasında yox oldu...
Zülfüqar bəy başını əllərinin arasına alıb ümidsizcəsinə cansız halda uzanan qızına baxır, yaşamasına heç bir ümidi olmadığı üçün acı- acı göz yaşı tökürdü . Şahsənəmə söz vermişdi ki, onun yadigarını gözü kimi qoruyacaq, ancaq , bunu bacarmadı.
Bu gün onun Şahsənəmə çox ehtiyacı var idi...
...Onun heç xəbəri də olmadı ki, çox sevdiyi gözəl Şahsənəm ciyərparələrini yenə də Zülfiqara tapşırıb getdi...
Baxış sayı: 1 977
Bölməyə aid digər xəbərlər

18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib