Bütün xəbərlər
Azərbaycana səfərindən bu görüntüləri paylaşdı - Video
Tarix: 18-09-2025 23:12 | Bölmə: Siyasət

azerbaycana-seferinden-bu-goruntuleri-paylasdi



Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, BƏƏ liderinin sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:
“Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyev ilə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirmək, ortaq imkanlar yaratmaq, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq”.
Qeyd edək ki, paylaşım ərəb, ingilis və Azərbaycan dillərində olunub.
Xatırladaq ki, Al Nəhyan sentyabrın 16-sı Azərbaycanda rəsmi səfərdə olub.




Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər