Bütün xəbərlər
Daha bir boksçumuz dünya çempionatının 1/4 finalında
Tarix: 09-09-2025 11:50 | Bölmə: Sosial

               daha-bir-bokscumuz-dunya-cempionatinin-14-finalinda


Azərbaycan millisinin daha bir boksçusu Liverpulda dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Komandamızın heyətində Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) bu hüquqa yiyələnib.
O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.
Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yığmamızın heyətində daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.

















Baxış sayı: 1 064


Bölməyə aid digər xəbərlər