Bütün xəbərlər
Putin Hindistanın baş naziri Modini ad günü münasibətilə təbrik edib
Tarix: 17-09-2025 13:56 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modini ad günü münasibətilə təbrik edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hindistanın baş nazirinin 75 yaşı tamam olub.Rusiya liderinin təbrik teleqramı Kremlin saytında dərc olunub.
"Hökumət başçısı kimi fəaliyyətinizlə siz həmvətənlərinizin yüksək hörmətini və dünya miqyasında böyük nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Hindistan sosial, iqtisadi, elmi və texniki sahələrdə heyranedici nailiyyətlər əldə edib", - teleqramda deyilir.
Vladimir Putin Rusiya ilə Hindistan arasında yaxşı, dostluq münasibətlərini qeyd edib, həmçinin ikitərəfli, regional və beynəlxalq gündəmdə aktual məsələlər üzərində birgə işləməkdə davam edəcəklərini vurğulayıb.
Avqustun 31-də Vladimir Putin dördgünlük səfər üçün Çinə gəlib və bu səfər çərçivəsində sentyabrın 1-də Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar aparıb.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər