Tarix: 25-08-2025 18:34 | Bölmə: Ədəbiyyat
Azərbaycan şifahi xalq ədəbiyyatına dəyərli söz töhfələri bəxş eləmiş Dirili Aşıq Qurbani Türkdilii xalqların ən qüdtətli sənəlkarlarından biri,-birincisidir. Cəbrayıl rayonu ərazisindəki Diri Dağının ətəklərində bu kənd Xudafərin körpüləri ilə üzbəüz yerləşdiyindən uzaq keçmişdə baş verən olaylardan, Gəncədən Təbrizə üz tutan karvan yolunun varlığından halıydı. Bu kəndin tarixin yaddaşında əbədi olaraq iz salan sakinlərindən biri, fatehlər-fatehi Şah İsmayıl Xətainin həmmüasiri Dirili Aşıq Qurbanidir. Şərqin qüdrətli hökmdarı Şah İsmayılla nəinki həmkar, həm də sənətin daşıyıcıları olmuş, şahın dəvətiylə Qurbani bir müddət sarayda yaşamış, Təbriz, Ərdəbil, Mərənd... toylarında çalıb oxumuş, sorağı Türkiyəyə belə gedib çatmışdır. Qurbani şaha xitabən bir neçə şeirin, Azərbaycan ədəbdəbiyyatında üstündən əsrlər keçib adlasa da təravətini itirməyən ilk ”Bənöşə” şeirinin müəllifidir. Qurbanin həmyerliləri olan Cəbrayıl royonunun elm adamlarından filologiya elmləri doktoru, məşhur dilçi-alim Qəzənfər Kazımov aşıq-şair haqqında xeyli sayda elmi məqalənin müəllifidir. Filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı “Dirili Qurbaninin lirikası” mövzusunda yazdığı elmi-tədqiqat xarakterli elmi məqaləsi sayəsində istedadlı Dirili Qurbanişünas alim kimi tanınmışdır.
Qırx iki il qabaq bir sıra Cəbrayıl rayon ziyalılarından Şamil Əhmədov, Ədil Şərifov, Kamal Həsənov, Qotxmaz Bayramov, Əlirza Xələfli, İsmayıl İmanzadə, Hüriyyət Məmməsov, Gülzar Behbudova... (adlarını unutduqlarım məni bağışlasınlar), o cümlədən Dirili kəndini müdrrik yazılı və şifahi müraciətləri və o vaxtkı rayon rəhbəri Fikrət Vəlixanovun mənəvi dəstəyiylə respublika mədəniyyət nazirliyi Cəbrayıl rayon Mərkəzində”Aşıq Dirili Qurbani saz-sz bayramı” deviziylə möhtəşəm bir sənət bayramı keçirməyə nail olduq.
Respublika Mədəniyyət Nazirliyinin mənəvi dəstəyiylə tədbirin şəhərin ən gur məkanında, o vaxtkı M.Qorki adına 1 saylı şəhər orta məktəbinin (təhsil ocağı indi Akademik Mehdi Mehdizadənin adını daşıyır) böyük idman meydançasında keçirilməsi nəzərdə tutulduğundan yüzlərlə əmək adamı bayramqabağı hazırlığa cəlb olunmuşdular. Respublika Aşıqlar Birliyinin sədri Hüseyn Arifin və şəhər rəhbəri Fikrət Vəlixanovun rəhbərlik etdikləri bu bayram törəninin sorağı ölkəmizin sərhədlərini də keşərək hər yana yayılmışdı. Respublika Mədəniyyət Nazirliyinin meydan tamaşaları üzrə mütəxəssisi Abdulla Qurbani səhərdən axşamadək iş başındaydı. Bir neçə gün ərzində tədbirin keçirməsi nəzərdə tutulan meydanın bir tərəfində hər iki Xudafərin körpüsünün maketi düzəldilmiş, 3 min nəfərin əyləşməyi üçün pilləvari oturacaqlar düzəldilmiş, Şah İsmayıl Xətainin, Dirili Qurbanin həyat və əməli fəaliyyətlərindən, rayonun tarixindən bəhs edən iri lövhəciklər göz oxşayırdı.
Həmin günlərin birində Hüseyn Arifin şəhərə gəldiyini eşidən kimi şəxsi minik maşınıma əyləşib rayon mərkəzinə üz tutdum. Bayrama hazırlığın getdiyi yerə çatıb görülən işlərə xeyli tamaşa etdim. Saat təminən 2-nin yarısında Hüseyn müəllimin sorağıyla rayonun ikimərtəbəli mehmanxanasına getdim. Maşımı yan küçədə dayandırıb içəri keçdim. Mehmanxananın direktoru Qara kişi qarşımı kəsib: “Rayon rəhbərinin tapşırığıdır, atam da dirilib gəlsə, onu şairin yanına buraxa bilmərəm”-dedi. Tanış olduğumuzu desəm inadından dönmədi. Qara kişi xətrimi istəyən adamlardan biri idi, gördü ki təkid edirəm: “Onbeşcə dəqiqə vaxtın var, soruşan olsa məndən icazəsiz şairin şairin yanına keçmisən. Davudun dükanına tərəf gedib, qayıdıram...”
Binanın ikinci qatındakı kiçik bir otağa gürməyimlə, spirtin qoxusu məni məst elədi. Şair yarıçılpaq şəkildə üzü divara tərəf yatmışdı. Xorultusu hər yana yayılmaqdaydı. Silkələyib oyandırdım, əvvəlcə məni tanımadı... gözlərini ovuşdurandan sonra ərklə dedi: “Üç dəfə Cəbrayıla gəlmişəm, gözlərim həmişə səni axtarıb, xeyirdimi, nəyə gəlmisən?” Qağa, gəlmişəm səni Mərcanlıya-evimə qonaq aparım, gecə bizdə qalarsan, sabah birlikdə qayıdarıq,-dedim. İsmayıl, sən Allah məni yerimdən dəbərtmə, kopoyoğlu ermənilər demişkən Cəbrayıl doğrudan da “kişik Soçiymiş, buranın havasına, söz ola bilməz... Görmüsən indi nə haldayam, belə vəziyyətdə çölə çıxa bilmərəm, ayıbdır... Qağa, onda gəl belə danışaq, sabah saat birin yarısında yanındayam, hazırlıqlı gələcəyəm, qağan səni elə yerə aparacaq özün də ləzzət alacaqsan. Baxx, danışdıq ha... heç kimə söz vermə. Yaxşı, şərtləşdik...
Axşamüstü evə qaydan kimi sabakı qonaqlığın tədarükünə başladım. Əvvəlcə bağçamdakı ağaclardan nar, üzüm, alma, armud, əncir, gavalı, zoğal (hərəsindən qədərincə), sonra həyətimdəki dirrikdən xiyar, pamidor, acı və şirin bibər yığıb həyətin bir küncünə qoydum. İki iri xoruz beçəsini soyutdurub, birini isə əmcək yağında qızartdırdım. 4 büküm yuxa çörəyi (Mərcanlının yuxa çörəyinin dadı dillərdə gəzirdi.) Qardaşoğluna maşınımı verib bacımgildən bir qabdolusu motal pendiri, (BacımCeyranın yoldaşı Musa kişi kolxoz çobanıydı) Bir litr də qoyun qatığı gətizdirdim. Evimin üst qaındakı balaca iş otağımdan da iki yarım litrlik tut arağnı əlimə alıb aşağı düşdüm. Maşının yükyerinə bir palaz, üç döşəkçə, sabun, əl-üz dəsmalı, cürbəcür ölçüdə qab-qacaq yğıdım. Səhər tezdən söyuducuya yğıdığımız yer-yeməyi də yük yerində qablaşdırıb saat 11-ə işləmiş yola çıxdım. (Evimin darvazasından rayon mərkəzinə 25 kilometriydi...)
Hüeeyn qağa məni mehmanxananın həyətində qarşılyıb: “Katib tezdən Bakıya-plenuma yola düşüb. Keyfdəyik ey, İsmayıl keyfdə, deyib əlini kürəyimə vurdu. Ancaq sənə indiyəcən deməmişəm, özümlə öz işçilərimdən birini də gətirmişəm. Elə bilirdim Cəbrayıl şəhəri böyük bir yerdi, buraya gələndən sonra təkcə adamlar yox eyy, burdakı itlər də məni tanıyır. Özüm bir yana, sənin halına acıyıram, burda sevgilin zadın olmamış olmaz, bəs onunla necə görüşürsən? “Narahat olma Qağa, Hadrut qulağımızın dbində deyilmi? Lazım olanda oraya üz tutur, səssiz-səmirsiz də geriyə qayıdıram, dedim!”
O, əlini Xan Çinaraın böyründə dayanmış “Qaz-24” markalı maşına tərəf uzadıb, mənim xidmət maşınımdır. Ancaq sürücü köpəyoğlunun lap yekəsidir. Mənim hər addımım güdür, nə görsə aparıb arvadımın ovcuna qoyur. Neçə dəfə işdən qovmaq istəsəm də Məleykə mısmırığın sallayıb deyib ki, o mənim yetimimdir,onunla işin olmasın...
Bir az səbr elə, qoy o gədəni gedər-gəlməzə göndərib qayıdıram. Ondan sora hara deyirsən gedək...
Hüseyn müəllimin gedib qayıtmağı heç beş-altı dəqiqədə çəkmədi: “Köpəyolunun başını piyləyib Ağdama, şəhərin karlı kişilərindən biri olan rayon KTİHİ-nın sədri dostum Məmməd müəllimin evinə göndərdim. Məktub yazıb bildirdim ki Cəbrayıldakı tədbir başa çatandan sonra Məleykə və qızımla 5-10 günlük Şuşadakı sanatoriyalardan birində dincəlmək istəyirəm. Bizə orada münasib bir otaq saxlat. Gədəyə də tapşırdımki lətifəsi Məmməd nüəllimdən uzaq, çaqqal tələyə baş çəkən kimi üstümə qayıtma. Axşamı Ağdamda qal, sabah geri qayıdarsan. Hüseyn müəllim mehmanxananın alt qatındakı otaqlardan birindən çıxan qadınla gəlib maşının arxa oturacaqlarında əyləşdilət. Maşını tərpətmək istəyəndə geryyə qanrılıb:- Qağa, hər şey ürəyinizcə olacaq. Bircə Şüşə şampan kəmdir, dedim məsləhətləşib, sonra alım, nə deyirsiniz? Hüseyndən qabaq qadın dilləndi, olar!” Maşndan düşüb Davudun dükanından bir şüşə qırmızı şampan alıb gətirdim.
Şəhərin üst tərəfindəki yolla ermənilərin Hərəkül kəndinin yanından keçib, bağlı-bağatlı, gur bulağı olan bir yerdə maşını saxlyıb yükü boşaltdım. Hüseey müəlim bir az təşvişə: “İsmayıl buralar saktlikdimi, üstümüzə adam-zad gəlib çıxmaz ki...dyəndə,-arxayın olun, quğ-quşluğuyla buralara səkəbilməz,-dedim.
Açığı hər ikisinin qırımlarından hiss etdimki tək qalmaq istəyirlər. Dedim, qağa, yaxındakı erməni kəndlərindən birində tanışımvar, siz axayınca işinizi görün mən 45-50 dədiqəyə qayıdacağam. Yaxşı eləyirsən, get baş çək, ancaq bu dəyyuslara inanma ha...hamısı zatıqırıq köpəyuşağıdır...
Onları ikilikdə qoyub, maşınla iki-üç kilometr aralanandan sonra gül-çiçəkli bir yamacda başımı sal bir daşın üstə qoyub Oyananda verdiyim vəddən bir saata yaxın vaxt keçdiyini görüb geri qayıtdım...
Sərv boylu sarıyanız gəlin aralıqda kəklik kimi süzürək yə düzürüdü. Hiss edirdim ki hər ikisi dillərinə gətirməsələr də onlarçün yaratdığım “xudmani” şəraitçün baxışlarıyla məni öpüb-oxşayırdılar. Tut arağı ilə dolu butulkalardan birinin qapağını açıb ağzıköbəli 100 qramlıq (əslində stəkanın tutumu 80 qram idi) şüşələrə araq süzdüm. Şampan butulkasıı da o qaydada açıb başköbəli 200 qramlıq stəkanı doldurdum. (Evdən rumka və bakal gətirməmişdim).
-Hüseyn Qağa bizim gözəllər-gözəli Cəbrayılımıza xoş gəlmisiniz, xanım (adını bilərəkdən yazmıram, hələ yaşayır) qədəmləriniz sayalı-düşərli olsun,-deyib, stəkanı başıma çəkdim. Xanım da şampanı ləzzzətlə nuş edib, stəkanı yerə qoydu. Hüseyn qağam arağı çox əzablı bir gedişlə içib dedi: “ İsmayıl, bu hara məhsuludur, araq da bu qədər tünd olarmı? Dedim: “Qağa,öz bağımdakı şah tutların məhsuludur. Bacoğlum Kamala demişəm ki mənə çəkdiyin araq 80-82 dərəcədən aşağı olmasın.İkinci badələri bir neçə söz deyəndən sonra başımıza çəkdik. Hüseyn qağa tutovkayla “tez” dostlaşdı: “Valllah, billah bizim Qazağın “başıxamırlısı” Cəbrayıl tutovkalarının heç səmtinə də gələ bilməz.... Dördüncü sağlığı yenə də mən dedim, xanımın şərəfinə. Təkcə tələm-tələsik yeyib-içmir, ordan burdan söbət edir, xanım meyvələri doğrayı yerbəyer edirdi.
Məclisə “ağalıq etməyi” əldən vermədiyimi görüb, Hüseyn qağa axı ki “üsyana” qalxdı: - İsmayıl, niyə qərib basanlıq edirsən, qonaq olsaq da bizim dəyiləsi sözümüz də var axı! Buyurun Qağa, bundan sonra söz sizdədir. Əvvəlcə üzümə maraqla-təbəssümlə baxdı, sonra sözə başladı: “İsmayıl, sən ədəb-ərkanlı, mərd oğlansan, Yadındadır, Nürətlə üçümüz çörək yeyəndən ürəyimə yatmısan. Başqaları kimi dostluqdan-tanışlıqdan sui-istifadə edib bircə dəfə də üstümə qaçmamısan. Mənlikli, qürurlu söz adamısan, indi belələrini gündüz əliçıraqlı gəzsən də çətin taparsan...İstedadlı, ağıllı, dərrəkalı və şöhətdən gen gəzən şairsən və nəhayət çox bilmiş adamsan, yoxsa başqaları kimi elini-obasını atıb şıhrət dalınca Bakıya qaçıb orda-burda veyillənməzdin. Əgər bu araq bizim Ağstafada olsaydı, cavanlıqda mən də sənin kimi evimdə oturub, arağımı içib şeirimi yazardam... Cəbrayıl camaatı sadə, qonaqsevər insanlardır. Sizin Böyük Mərcanlılarsa bu sırada lap qabaqda gedir. Cəbryıllıların, sənin, özümüzün şərəfinə!..
23 oktyabr 1983-cü ildə Cəbrayılınm meydan və küçələri Göyçədən, Borçalıdan, Şəkidən-Şirvandan, Laçından-Zəngəzurdan, Gədəbəy-Tovuz, Qazax, Şəmkir... aşıqlarının çalıb-çağırdıqları el şənliklərini xatırladırdı.
Tədbirin keçirildiyiyr səmtə gedən yolda isə manqallar tüstülənir, samavarlar pıqqapıq qaynayır, xörək qazanlarınınsa sayı-hesabı yox idi. Mən həyatımda ucqar bir rayon mərkəzində keçirilən belə möhtəşəm el şənliklərinə çox az rasat gəlmişəm. Ulu Tanrı Dirili Aşq Qaurbaninin xatirəsini yaşadanları var eləsin! İnşallah, gün o gün olsun ki bizim zəfər sevincli Cəbrayılda 42 ildən sonra da Dirili Dədə Qurbaninin şərəfinə yenidən saz-söz bayramı keçirilsin! Özü də əzəlkindən də möhtəşəm!...
P.S. Əfsuslar olsun ki həmin el şənliyindən bəhs edən foto-şəkilləri axtarıb tapa bilmədim. Yəqinki bizim rayon qəzetinin arxivində xeyli sayda nümunələri qalıb. Həmin ərəfədə qələmə aldığım “Məhəbbət Əfsanəsi” adlın hekayəm el şənliyindən mənə qalan söz sovqatımdır.
İSMSYIL MƏRCANLI İMANZADƏ23-24.08.2025

Baxış sayı: 322
Bölməyə aid digər xəbərlər