Bütün xəbərlər
Boks üzrə ikiqat Avropa çempionu Viktor Ageyev vəfat edib
Tarix: 17-09-2025 13:12 | Bölmə: Karusel

Boks üzrə ikiqat Avropa çempionu Viktor Ageyev 84 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məşhur sovet boksçusunun ölüm səbəbi açıqlanmır.
"Son dərəcə layiqli, fanatik şəkildə öz idmanına sadiq - Viktor Petroviçi tanıyan hər kəs onun haqqında həmişə böyük hörmətlə danışırdı. Onun artıq aramızda olmadığını başa düşmək çətin və acıdır", - bəyanatda deyilir.
Dördqat SSRİ çempionu məşqçi kimi dünya çempionu Vasili Solomini, həmçinin dəfələrlə Avropa çempionları Viktor Rıbakov və Valeri Limasovu yetişdirib.
Bundan əlavə, 1992-2017-ci illərdə Viktor Ageyev Rusiya Peşəkar Boks Federasiyasına rəhbərlik edib.
Vidanın tarixi və yeri açıqlanmayıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər