21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Paşinyan: "Türkiyənin tələbi ilə Ağrı dağı viza möhürlərindən çıxarılmayıb"
Tarix: 18-09-2025 15:07 | Bölmə: Karusel

Ermənistanın baş naziri Nikol Paşinyan Ağrı dağının təsvirinin viza möhürlərindən silinməsi qərarının Türkiyənin tələbləri ilə bağlı olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sentyabrın ortalarında Ermənistan hakimiyyəti Türkiyədə yerləşən, lakin Ermənistanın milli simvolu olan Ağrı dağının təsvirini sərhəd möhürlərindən silmək qərarına gəlib. Müxalifət bu qərarı tənqid edərək, bunu Türkiyə və Azərbaycanın “diktaturası” adlandırıb.
Paşinyan jurnalistlərə bildirib ki, pasport ştampları məsələsi bir neçə ay əvvəl qaldırılıb.
TASS-ın məlumatına görə, o, “Bu məsələ Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna bilməz” deyib.
Ermənistanın baş nazirinin sözlərinə görə, legitimlik ölkənin təhlükəsizlik strategiyasının açarıdır.
“Biz özümüz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini və onun beynəlxalq səviyyədə tanınmış ərazisini tanımalıyıq və tanıyırıq”, - Paşinyan bildirib.
Ermənistanın gerbində Ağrı dağının (türk dilində Ağrıdağ) təsviri qalıb. Ararat 2004-cü ildə erməni viza möhürlərində peyda olub.
Ermənistan son vaxtlar qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün ciddi səylər göstərir. Bir neçə gün əvvəl KİV-lər Türkiyə və Ermənistan hökumət nümayəndə heyətləri arasında diplomatik münasibətlərin qurulması və ölkələr arasında sərhədin açılması üçün ilk görüşün keçirilməsi planı barədə məlumat yayıblar.



Baxış sayı: 898


Bölməyə aid digər xəbərlər