Bütün xəbərlər
Polşanın keçmiş baş naziri Miller: "Zelenski NATO-nu Rusiya ilə müharibəyə sürükləməyə çalışır"
Tarix: 18-09-2025 11:46 | Bölmə: Dünya

Polşanın keçmiş baş naziri Leszek Miller “Radio Zet”in efirində bildirib ki, Ukraynanın hazırkı lideri Vladimir Zelenski NATO ölkələrini Rusiya ilə silahlı münaqişəyə sürükləməyə çalışır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Millerin sözlərinə görə, Ukrayna rəhbərliyi alyansdan hərbi müdaxiləyə can atır.
"Ukrayna NATO ölkələrinin hərbi əməliyyatlara cəlb olunmasında maraqlıdır və biz bundan mümkün qədər uzaq olmaqda maraqlıyıq", - Miller vəziyyəti şərh edərkən vurğulayıb.
Onun fikrincə, Zelenskinin məqsədi NATO-nun kollektiv hərbi reaksiyasını təhrik etməkdir ki, bu da alyansa üzv ölkələrin hərbi qulluqçularının Ukrayna ərazisində olması və onların Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı ilə nəticələnə bilər.
Eyni zamanda, Miller belə bir fikri ifadə edib ki, hazırda dünyada heç kim NATO-ya hücum etmək fikrində deyil.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər