Bütün xəbərlər
Məhkəmə Vasili Sizikovu etimadı itirdiyinə görə vəzifəsindən kənarlaşdırıb
Tarix: 18-09-2025 14:48 | Bölmə: Karusel

Serov məhkəməsi şəhərin meri Vasili Sizikovu vəzifəsindən azad edib. Məmurun işinə prokurorluğun verdiyi iddia əsasında baxılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidmətinə istinadən “Ural Meridian” xəbər agentliyi məlumat yayıb.
"Serov Rayon Məhkəməsi prokurorun inzibati iddiasını təmin edib. Məhkəmənin qərarı ilə Sizikov etimadı itirdiyi üçün bələdiyyə sədri vəzifəsindən kənarlaşdırılıb", - məlumatda deyilir.
Qərar hələ qanuni qüvvəyə minməyib və ona şikayət verilə bilər.
Vasili Sizikov bu vəzifəyə 2018-ci ildə başlayıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər