Bütün xəbərlər
Fransada genişmiqyaslı etiraz aksiyaları zamanı 100-dən çox adam saxlanılıb
Tarix: 10-09-2025 13:14 | Bölmə: Dünya

Fransada “Hər şeyi bloklayın” şüarı ilə keçirilən genişmiqyaslı etiraz aksiyalarında saxlanılanların sayı 100 nəfəri keçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə polis və jandarma məlumatlarına istinadən BFMTV kanalı məlumat yayıb.
Qeyd olunur ki, onların böyük əksəriyyəti Paris və ətraf rayonlarda saxlanılıb. Fransanın hər yerində infrastruktur obyektlərinin bloklanması cəhdləri ilə kiçik nümayişlər və aksiyalar davam etdiyi üçün məhbusların sayının artmağa davam edəcəyi gözlənilir.
Etirazçılar zibil qablarını aşır, polis maşınlarına əşyalar ataraq yanğınlar törədir, həmçinin yolları bağlayır. Polis iğtişaşlara qarşı gözyaşardıcı qazdan istifadə edib. İğtişaşçıların əksəriyyəti üzlərini maskalar altında gizlədirlər.
“La Depeche”nin məlumatına görə, etirazçılar elektrik qatarlarını hərəkətə gətirən elektrik kabellərini zədələyib və semaforları sıradan çıxarıblar. Qeyd olunur ki, insident şəhərlərarası qatarlara təsir edib və nümayişçilər ölkənin digər şəhərlərində də qatarların hərəkətini əngəlləməyə çalışırlar.
Respublikanın Daxili İşlər Nazirliyi ölkə üzrə etirazçıların ümumi sayının 100 min nəfərə çata biləcəyini gözləyir. Ölkənin şəhərlərinin küçələrində iğtişaş təhlükəsi səbəbindən 80 min polis əməkdaşı və jandarm yerləşdiriləcək. Daxili işlər naziri Bruno Retaillo bildirib ki, o, hüquq-mühafizə orqanlarına istənilən iğtişaşları ciddi şəkildə yatırmaq və “mümkün qədər çoxunu həbs etmək” əmri verib.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər