Bütün xəbərlər
11 yaşlı uşağı güllələyən şəxs saxlanılıb
Tarix: 18-09-2025 22:39 | Bölmə: Cəmiyyət

Rostov vilayətinin polisi pnevmatik tüfənglə 11 yaşlı uşağı vuran yerli sakini saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edən şəxsə qarşı cinayət işi açılıb.
İş materiallarına görə, üç uşaq qarajlarda oynayıb damların üstündən qaçaraq yoldan keçənlər arasında etiraza səbəb olub. İki böyük uşaqları qovmağa çalışsalar da, mübahisə yaranıb.
İstintaq Komitəsinin Telegram-kanalında deyilir ki, kişilərdən biri pnevmatik tüfəngi çıxararaq uşaqlara atəş açıb.
"Güllə oğlanın boynuna dəyib, o, təcili cərrahiyyə əməliyyatına ehtiyac duyub", - agentlik bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qısa müddətdə şübhəli şəxsi saxlayıblar. Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.
Məktəblinin xəsarət almasından sonra Rusiya İstintaq Komitəsinin (İK) sədri Aleksandr Bastrıkin cinayət işinin gedişi ilə bağlı hesabatın təqdim edilməsini əmr edib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
23-08-2025, 22:26 Yeniyetmələr saxlanılıb