Bütün xəbərlər
Avropa İttifaqı Ukrayna ilə dron ittifaqına 6 milyard avro sərmayə qoymaq niyyətindədir
Tarix: 10-09-2025 13:22 | Bölmə: Karusel

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa Ukrayna ilə dron ittifaqına 6 milyard avro xərcləyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vəsaitlər ERA təşəbbüsü - Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təcili kreditləşdirmə proqramı çərçivəsində ayrılacaq.
"Avropa ERA kreditindən 6 milyard avro ayıracaq və Ukrayna ilə dron ittifaqına qoşulacaq" dedi fon der Leyen çərşənbə günü Avropa Parlamentinin üzvləri qarşısında çıxış edərkən.
Bundan əvvəl Ukrayna silah almaq üçün Polşadan 120 milyon avro kredit istəyib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa məlumat verib.



Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər