Bütün xəbərlər
Lavrov: "Qərb qoşunları ora göndərilsə, Ukrayna işğal olunmuş əraziyə çevriləcək"
Tarix: 17-09-2025 13:18 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib ki, Qərb kontingentinin Ukraynaya göndərilməsi bu ərazinin işğalına səbəb olacaq. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüntülər “Rossiya 24” telekanalının efirində nümayiş olunub.
Nazirin sözlərinə görə, Ukraynada mövcud qanunvericilik qorunub saxlanılsa, onun ərazisində yerləşən Qərb qoşunları “nasist rejimi”ni qoruyacaq və orada rus dilini və kanonik Ukrayna kilsəsini qadağan edən qanunlar qüvvədə olacaq.
“Əgər Ukraynanın bir hissəsi qondarma sülhməramlıların yerləşdiyi əraziyə çevrilərsə və Qərbin Rusiya Federasiyasına qarşı yönəlmiş təhlükəsizlik zəmanətləri Ukraynanın bu hissəsi üçün qüvvədə olarsa, bu, yalnız bir şeyi ifadə edəcək: Qərb işğal edib, bir daha deyirəm, Ukrayna”, - o vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, Avropa Rusiyanın iştirakı olmadan Kiyevə təhlükəsizlik zəmanəti verməyə çalışır ki, bu da Rusiyanın hərbi təhdidlərini gücləndirir.
“Biz təkid edəcəyik ki, əlbəttə ki, təhlükəsizlik təminatları olsun”, o qeyd edib.
Lavrov həmçinin bəyan edib ki, Kiyev rejimi tərəfindən beynəlxalq humanitar hüququn pozulması göz qabağındadır və inkar edilə bilməz.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər