Bütün xəbərlər
Tusk: "Hava məkanını pozan PUA-lar Belarusdan gəlib"
Tarix: 10-09-2025 13:24 | Bölmə: Manşet

Polşanın baş naziri Donald Tusk sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanını pozan pilotsuz təyyarələrin Belarusdan gəldiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Belarus Baş Qərargahının rəisi Pavel Muraveyko bildirmişdi ki, Polşa hava məkanına uçan pilotsuz təyyarələr ora elektron müharibə nəticəsində gəlib.
Tusk Seymdə (parlamentin aşağı palatası) çıxışı zamanı deyib: “Bu pilotsuz təyyarələrin bəziləri ilk dəfə olaraq birbaşa Belarusdan Polşaya uçdu".
Polşanın baş naziri daha əvvəl bildirib ki, guya Rusiya pilotsuz təyyarələri ölkə ərazisi üzərində vurulub. Lakin Tusk heç bir sübut təqdim etməyib.



Baxış sayı: 949


Bölməyə aid digər xəbərlər