00:00 / 02-07-2026
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
23:54 / 01-07-2026
Tramp ilk dəfə Qətərin hədiyyə etdiyi təyyarədə uçdu
21:40 / 01-07-2026
Türkiyənin Trabzon şəhərində partlayıcı maddələr daşıyan Ukrayna pilotsuz təyyarəsi qəzaya uğrayıb
21:37 / 01-07-2026
İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında dinamik dialoq elan etdi
21:34 / 01-07-2026
Yeniyetmələr tərəfindən qıza sataşma faktı ilə bağlı cinayət işi açılıb
21:31 / 01-07-2026
ABŞ NATO sammitinin yekun kommunikesinin məzmununa görə təəccüblü olacağına söz verdi
21:25 / 01-07-2026
Partlayış ilə əlaqədar bir əcnəbi saxlanılıb
19:10 / 01-07-2026
Bloger nifrət təhrik etdiyinə görə cərimələndi
19:06 / 01-07-2026
Media orqanları Rusiya, Çin, Şimali Koreya və İran arasında yaxınlaşmanın ABŞ üçün təhlükələrini bildirir
19:04 / 01-07-2026
Federasiya Şurası ABŞ-ın NATO-nun genişlənməsi ilə bağlı yalanını təsdiqləyən sənəd yayımladı
19:01 / 01-07-2026
Hörmüz böhranı səbəbindən NSR-in neft daşınması üçün cəlbediciliyi artıb
18:58 / 01-07-2026
Zaxarova NATO Baş Katibi Ruttenin Rusiyaya görə yuxusuzluğunu lağa qoydu
18:56 / 01-07-2026
İki işçinin ölümü ilə bağlı cinayət işi açılıb
18:54 / 01-07-2026
İran Təhlükəsizlik Şurası Əli Xameneinin ölümünə görə məsuliyyət daşıyanları cəzalandıracağına söz verib
18:51 / 01-07-2026
İki nəfər çayda çimərkən boğuldu
18:49 / 01-07-2026
Yer kürəsi 2032-ci ildə böyük bir asteroidlə toqquşa bilər
18:46 / 01-07-2026
Yol polisi əməkdaşına hücum işi üzrə təqsirləndirilən şəxs həbs edilib
18:44 / 01-07-2026
Sərnişinlərə pulsuz su paylanır
18:33 / 01-07-2026
Kanada 2027-ci ildə ilk dəfə Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək
18:29 / 01-07-2026
Aktyorun cəsədi tapılıb
18:24 / 01-07-2026
Nəvəsinə işgəncə verməkdə şübhəli bilinir
18:21 / 01-07-2026
Starmer dünyanın ən gey parlamenti ilə fəxr edir
21:59 / 30-06-2026
Finlandiya Rusiyaya hücum üçün tramplin olacaq
21:52 / 30-06-2026
Tik Tok şirkətini 3,5 milyon rubl cərimələdi
21:50 / 30-06-2026
Bir qızın dırnaqlarını çıxaran polis tərəfindən araşdırılacaq
21:42 / 30-06-2026
Üç sui-qəsd cəhdinin hədəfi olduğunu bildirdi
17:10 / 30-06-2026
Həkimlər 10 yaşlı uşağın burnundan 16 maqnit çıxarıblar
17:07 / 30-06-2026
12 il müddətinə azadlıqdan məhrum edilib
17:04 / 30-06-2026
Yeniyetməyə hücumla bağlı istintaq başlayıb
16:59 / 30-06-2026
Dövlətə xəyanət və terrorizmə görə 25 il həbs cəzasına məhkum edilib
16:57 / 30-06-2026
Qasırğanın apardığı it 5 gündən sonra sahibinə qayıtdı
16:54 / 30-06-2026
ABŞ-da sərnişin təyyarəsi eniş edərkən dronla toqquşub
16:52 / 30-06-2026
SHOT:Təhlükəsizlik qüvvələri iş adamının evində axtarış aparıb
16:49 / 30-06-2026
Ayı bir qadına və oğluna hücum etdi; bir məktəbli xəstəxanaya yerləşdirildi
16:46 / 30-06-2026
Putin və Tokayev strateji tərəfdaşlığın inkişafını müzakirə etdilər
16:42 / 30-06-2026
Bir sürücü avtomobilindəki pitbul stikeri səbəbindən cərimələndi
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
Tarix: 12-08-2025 23:11 | Bölmə: Ədəbiyyat

Uca Allah insanı ən kamil varlıq olaraq yaradıb. Lakin bir sıra insanlar şeytana uyaraq nəfslərinin arxasınca gediblər. Möhkəm iradəli insanlar isə şeytanı yaxın buraxmayıb, Uca Allahın onlara verdiyi istedaddan, zəkadan, şüurdan bəşəriyyətin inkişafı üçün səmərəli istifadə edərək kəşflər, ixtiralar eləyib, eyni zamanda əcdadlarının yaratdıqlarını gələcək nəsillərə ötürməkdən ötrü sütunları elmə, biliyə bənd olmuş heç vaxt qırılmayacaq körpü rolunu oynayıblar. Vüqar Vüqarlı da belələrindəndir. O gənc yaşlarından başlayaraq tək xalqına deyil, bütün bəşəriyyətə fayda vermək üçün çalışmış, gecəsini gündüzünə qatmış, Uca Allahın ona verdiyi elmi fəhmə dayanaraq həm ədəbiyyat sahəsində elmini xərcləmiş, nəfis şeirlər, dərin məzmunlu hekayələr yazmış, bədii tərcümədə öz məharətini bəyan etmiş, beləliklə on kitabını oxuculara təqdim emiş, həm peşəkar bir jurnalist kimi fəaliyyət göstərmiş, mətbuatda çoxsayda elmi-publisitik məqalələri işıq üzü görmüş, eyni zamanda bir çox sirrləri hələ də qaranlıq qalan fizika elmində kəşflər etmişdir.
Vüqar Vüqarlı (Vüqar Əmir oğlu Əliyev) 1955-ci il 28 avqustda Gürcüstanda anadan olmuşdur. 16 yaşında orta məktəbi əla qiymətlərlə bitirən Vüqar müəllim 1971-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1976-cı ildə oranı da əla qiymələrlə bitirmişdir. 1976-cı ildə AMEA-nın aspiranturasına daxil olmuş, 1979-cu ildə oranı bitirmiş və 1983-cü ilin yanvar ayında fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi fəaliyyətini texniki elmlərlə davam etdirən alim 1998-ci ilin yanvar ayında fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. Vüqar müəllim yüzdən çox elmi əsərin müəllifidir, eyni zamanda ABŞ, Rusiya, Yaponiya, Almaniya, Türkiyə, Macarıstan, Yunanstan, Ukraniya, Belarus, Litva və Gürcüstan alimləri ilə müştərək elmi əsərlər də yazmışdır. Vüqar müəllim 2007-ci ildə beynəlxalq elmi qrupun tərkibində yarımkeçiricilər fizikasında yeni qanun kəşf etmişdir. Bu kəşf darzolaqlı yarımkeçiricilərdə eyni zamanda Fermi səviyyəsinin sabitləşməsi və elastiklik xassələrinin çevrilməsi arasında qanunauyğun əlaqə yaradır.
Azərbaycan fizika elminin tarixində ilk və bu günədək yeganə olan bu elmi kəşf, beynəlxalq hüquq normalarına müvafiq qaydada ekspertizadan keçirilmiş, kataloqlara daxil edilmiş və kəşf müəlliflərinə “Kəşf Diplomu” (№340) və fizika sahəsində Nobel mükafatı laureatı Kapitsa adına Qızıl Medal verilmişdir.
2000-ci ildən etibarən “Yeni Azərbaycan” partiyasının, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən isə Gürcüstan Yazıçılar İttifaqının üzvüdür. Bütün bunlardan əlavə gürcü-Azərbaycan və Azərbaycan-gürcü dillərində bədii tərcümə ilə fəaliyyət göstərir. Vüqar müəllim ömrü boyu çəkdiyi zəhmətlər qədirbilən insanlar tərəfindən lazımınca qiymətləndirilmiş və isteadadlı alim mükafatlara layiq görülmüşdür. 1983-cü ildə SSRİ Kosmonavtika Federasiyasının Fəxri Fərmanını almış, 1997-ci ildə xeyriyyəçilik fəaliyyətinə görə Hacı Zeynalabdin Tağıyev Milli Mükafatına layiq görülmüş, maarifçilik fəaliyyətinə görə 1998-ci ildə Akademik Yusif Məmmədəliyev Milli Mükafatı və Medalı ilə təltif edilmiş, 2001-ci ildə bədii tərcümələrinə görə “Humay Milli Mükafatı” almış. Vüqar Vüqarlı eyni zamanda 2010-cu ildə Gürcüstan Yazıçılar İttifaqının bədii tərcümə müsabiqəsinin qalibi kimi “Maçabeli” mükafatı ilə təltif olunmuş, 2011-ci ildə publisistik yazılarına görə “Qızıl Qələm” mükafatına layiq görülmüş, 2022-ci ildə patentlərinə görə Arximed Qızıl Medalı ilə təltif edilmiş, həmin il yeni texnologoyalar üzrə Serbiyanın Nikola Tesla qızıl medalı ilə mükafatlandırılmışdır. Vüqar müəllim bütün bunlardan başqa ABŞ-da nəşr olunan və SCOPUS sistemində indeksləşdirilən Beynəlxalq “Reliability: Theory and Applications” jurnalının assosiativ redaktoru, “İnternational Journal of Sustainability and Risk Control” elmi dərgisinin baş redaktoru, bir sıra beynəlxalq jurnalların isə redaksiya heyətinin üzvüdür. Elmi nailiyyətlərinə görə alimin bioqrafiyası 2000-ci ildə “Beynəlxalq Bioqrafiya Cəmiyyəti”nin Böyük Britaniyada nəşr olunan “Kim kimdir?” ensiklopediyasının 13-cü nəşrinə salınmışdır.
Ailəlidir, Allah qorusun 3 oğlu, 5 nəvəsi vardır.
Göründüyü kimi Vüqar Vüqarlı elm dəryasıdır, özü də bu dəryanın ucu-bucağı görünmür, belə ki, bu elm dəryasında yuxarıda qeyd olunduğu kimi ədəbi lövhələr, mətbuat töhfələri, texniki elmlər lövhərləri billur incilərlə dalğalanmaqdadır. Lakin Vüqar müəllimin çoxşaxəli yaradıcılığı bunlarla da bitmir. Fitri istedada malik olan alim bir folklorşünas kimi də fəaliyyət göstərməkdədir. Yeddi arxa dönəninə, soyuna-kökünə, əcdadına intəhasız dərəcədə bağlılıq onun folklorumuzla bağlı, eyni zamanda gənc nəslin tərbiyəsində, əxlaqında, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi öyrənməsində çox vacib bir sıra əsərlər meydana gətirmişdir.
Şeirləri, hekayələri, bədii tərcümələri və ədəbi-tənqidi məqalələri “Ulduz” jurnalında, “Ədəbiyyat qəzeti”ndə və çox sayda ədəbi-bədii qəzetlərdə işıq üzü görmüşdür.
1997-ci ildə “Cırağımı sevənlər” adlı şeirlər kitabını ərsəyə gətirən alim bundan sonra “Günəş, Od, Ocaq, Məşəl, Şam, Çıraq” adlı folklor toplusu yazıb nəşr etdirmişdir.
Məlum məsələdir ki, hər bir xalqın formalaşmasında, təkamül prosesində milli-mənəvi dəyərlərin böyük rolu vardır. Azərbaycan xalqı minilliklərlə öz dəyərlərini, mədəni irsini qoruyub saxlayaraq çağdaş dövrümüzə gətirib çıxarmışdır. Bu milli-mənəvi dəyərlər isə əcdadlarımızdan bizə miras qalan folklorumuz əsasında formalaşmışdır.
Hamıya məlumdur ki, aşıq poeziyası, aşıq yaradıcılığı bizim folkloruzun ən önəmli vasitələrindən biridir. Qədim türklərin ruhu, mənşəyi, yüksək mənəvi keyfiyyətləri, nəcib sifətləri, qəhrəmanlığı, şücaəti, ülvi məhəbbəti məhz bu açıqladığımız tərəfindən yaradılan dastanlarda öz əksini tapıb. Əgər aşıq yaradıcılığı itib-batarsa, onda heç bir milli-mənəvi dəyərlərdən söhbət açmaq olmaz. Bütün bunlardan əlavə aşıq yaradıcılığında Azərbaycanın gerçək tarixi ən gözəl şəkildə vurğulanır. Bir sözlə aşıq yaradıcılığı Azərbaycan xalqının əcdadının vizit kartıdır və onun kimliyini ən müəzzəm şəkildə bəyan edir. “Çıraq” isə simvoldur, işıq, nur rəmzidir ki, Vüqar müəllim 2000-ci ildə “Aşıq poeziyasında “çıraq” obrazı adlı monoqrafiyasını oxucuların ixtiyarına vermişdir.
Vüqar Vüqarlının şeirlərinə musiqilər bəstələnmişdir. Mərhum sənətkarımız Məmmədbağır Bağırzadənin lentə aldırdığı “Ay gözəlim, göyçəyim” mahnısı Vüqar müəllimin sözlərinə Tahir Eminov tərəfindən bəslənmişdir.
Ətrafımızda baş verən hadisələr tam şəkildə, real gerçəkliyi ilə idrakımızda əks olunur ki, bu da bütün həyatımız üçün zəruri olan qavrayış prosesini yaradır. Diqqətli və istedadlı insan ətrafında olan obyektləri qavrayarkən, həm də onları bir-birindən fərqləndirməyi, müəyyən münasibət bəsləməyi bacarır. Bunu da qeyd etmək lazımdır ki, ətrafdakı cisim və hadisələrə münasibətin bəslənməsi, düzgün şəkildə onları bir-birindən ayırmaq, dəyərləndirmək əslində mürəkkəb idraki prosesdir, yəni bu proses özünü hər insanda fərqli formada biruzə verir və insanın təcrübələrindən, biliyindən, emosional vəziyyətindən, habelə marağından və meylindən asılı olaraq ortaya çıxır. Appersepsiya vəziyyəti insanların qavrayış şəklini dəyişir, birini digərindən fərqləndirir. Lakin qavrayış prosesi hələ də hadisə və cisimlərin əsl mahiyyətini dərindən anlamağa kifayət etmir. Gerçəkliyin daha dərin və dəqiq dərk edilməsində təfəkkür müstəsna əhəmiyyət kəsb edir. Təfəkkürün düzgün formalaşması isə düşüncə qabiliyyətinin tamlığından xəbər verir. Vüqar müəllimin əsas məziyyətlərindən biri də təfəkkürünün düzgün formalaşdırmasıdır. Bir məsələ də var ki, insan təfəkkürünü düzgün formalaşdırırsa onun təxəyyülü də o qədər inkişaf edir, ölçülərə sığmır.
Vüqar müəllimin təxəyyülü isə təbii ki, heyrətamizdir. Bir ziyalının təxəyyülünün bu qədər aşıb-daşması, bir çox elmlərlə yanaşı folklorumuzu da əhatə etməsi heyrətamizdir. Əslində isə Vüqar müəllim sadəcə olaraq Uca Allahın ona verdiyi ömürdən lazımınca, səmərəli istifadə etmiş, bir saniyəsini belə boş buraxmamışdır. Elm var-dövlət kimi deyil, var-dövləti xərclədikcə azalır, elmi isə xərclədikcə çoxalır. Minlərlə kitab oxuyub beynini elm ümmanına döndərən alim bacardığı qədər elmini xərcləməkdədir və məsələ burasındadır ki, o, elmini xərclədikcə elmi fəhmi daha da işıqlanır, nurlanır.
Müqəddəs Qurani-Kərimin “Nur” surəsində Uca Allah buyurur; “Allah göylərin və yerin nurudur. Onun nuru içində bir çıraq olan taxçaya bənzər: Taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. O, elə bir ağacdır ki, onun yağı özünə od toxunmasa da sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir”.
Allah Vüqar Vüqarlıya elmi kəramət verərək onu nura qovuşdurmuşdur. Vüqar müəllim də bu nurun içində nurunun işığı dörd bir yana saçılır.
Yuxarıda qeyd olunduğu kimi Vüqar Vüqarlı bədii tərcümə sahəsində də böyük işlər görmüşdür. Əsasən gürcü xalqının məişətini, yaradıcılığını, adət-ənənələrini, məişət şəraitini əks etdirən görkəmli gürcü yazıçılarının əsərlərini böyük peşəkarlıqla dilimizə çevirmişdir. Görkəmki gürcü şairi Şota Nişnianidzenin “Allahım, bizi saxla...” şeirlər kitabını (1999) dilimizə çevirmişdir. Məşhur gürcü yazıçısı və publisiti Revaz Mişvaladzenin “Yorğun adam monoloqu” (2000) və “Xeyirxah” (2009) novellar kitabları Azərbaycan dilinə tərcümə etmişdir. Gürcü dilini ana dili kimi müəkəmməl bilən Vüqar Vüqarlı bu kitabları doğma dilimizə elə nəfis və mükəmməl şəkildə çevirmişdir ki, kitabları oxuyarkən Revaz Mişvaladzenin onu Azərbaycan dilində yazdığını düşünürsən. Bir sözlə Vüqar Vüqarlının məziyyətlərindən, fəzilətlərindən gecə-gündüz söz açmaq olar və bəlkə də yüzlərlə kitab bağlamaq olar, amma yenə də onun alnının təri hesabına yaratdığı külliyatını əhatə etmək mümkün olmaz. Ən əsası isə odur ki, Vüqar müəllim haqqında söz dedikcə, yazdıqca insana qeyri-adi elə bir ilham gəlir ki, qələmi əlindən qoyub yazını bitirmək istəmirsən. Çünki Vüqar Vüqarlı haqdan yanan elə bir çıraqdır ki, qiyamətə qədər onun işığı Azərbaycan elm xəzinəsini işıqlandıracaq. Bu yaxında, yəni avqust ayının 28-də Vüqar müəllimin 70 yaşı tamam olur. Bu münasibətlə alimimizi ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, daimi ailə səadəti, yeni nailiyyətlər, uğurlar arzulayırıq!
Vüqar Əhməd,
Filologiya elmləri doktoru, professor
Baxış sayı: 3 058
Bölməyə aid digər xəbərlər

29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ