Bütün xəbərlər
Səfir Meşkov: "Fransanın Rusiya ilə təmaslara açıq şəkildə qadağası var"
Tarix: 18-09-2025 14:10 | Bölmə: Siyasət

Fransa siyasi qüvvələri açıqlanmayan qadağaya görə Rusiya tərəfi ilə təmaslardan uzaqlaşır. Bunu “Rossiya 24” telekanalına eksklüziv müsahibəsində Rusiyanın Fransa və Monakodakı səfiri Aleksey Meşkov deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, hazırda Fransa-Rusiya münasibətlərinin bərpasından söhbət getmir.
"Hazırda Rusiya tərəfi ilə təmasda bir növ açıqlanmayan milli qadağa var", - diplomat bildirib. Ona görə də bütün siyasi qüvvələr Rusiya-Fransa münasibətlərində mövcud olan problemlərdən uzaqlaşmağa çalışırlar”.
Fransa Vətənpərvərləri Partiyasının rəhbəri Florian Filippot bundan əvvəl Fransa prezidenti Emmanuel Makronu Rusiya rəhbərliyinə “obsessiyaya” görə tənqid etmişdi.
Fransada siyasi təlatümlər fonunda etirazlar daha da güclənib. Cümə axşamı, sentyabrın 18-də Fransada 250-dən çox nümayiş planlaşdırılır.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər