Bütün xəbərlər
Politoloq Noqinski Fransadakı etirazların səbəblərini açıqlayıb
Tarix: 18-09-2025 10:56 | Bölmə: Siyasət

Sosial müavinətlərin kəsilməsi və adi Fransa vətəndaşlarının həyat şəraitinin pisləşməsi narazılığın küçələrə sıçramasının əsas səbəbidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri “Rossiya 24” kanalında Avrasiya İnteqrasiyası Elmi Mərkəzinin ekspert qrupunun rəhbəri Oleq Noqinski səsləndirib.
Onun sözlərinə görə, ölkənin hərbiləşdirilməsi və Ukraynaya yardımın artırılması da ölkədəki vəziyyətə mənfi təsir göstərir.
"Fransadakı etirazların əsas səbəblərindən biri Ukrayna və NATO-nun maraqları naminə, üzv ölkələrdən sərmayələri ÜDM-in 5%-nə qədər artırmağı tələb edən sosial müavinətlərin kəsilməsi və adi Fransa vətəndaşlarının vəziyyətinin pisləşməsidir. Və tətilin əsas səbəbi məhz budur: fransızlar Makronun geopolitik maraqları üçün niyə əziyyət çəkməli olduqlarını başa düşmürlər".
Sentyabrın 18-də Fransada hökumət xərclərinin azaldılmasına etiraz olaraq 250-dən çox nümayiş keçiriləcək. Artıq sentyabrın 10-da hökumətin sərt iqtisadi siyasətindən narazılıq səbəbindən kütləvi etirazlar və iğtişaşlar baş verib.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər