13:56 / 17-09-2025
Putin Hindistanın baş naziri Modini ad günü münasibətilə təbrik edib
13:54 / 17-09-2025
Kreml komissiyası Krasnovun Ali Məhkəmənin rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyib
13:50 / 17-09-2025
Ekspert Qəzzada əməliyyatın bir neçə il çəkə biləcəyini bildirib
13:34 / 17-09-2025
“Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?”
13:24 / 17-09-2025
Estoniya Rusiya sərhədi yaxınlığında tərk edilmiş avtomobilləri oktyabr ayından satışa çıxaracaq
13:18 / 17-09-2025
Lavrov: "Qərb qoşunları ora göndərilsə, Ukrayna işğal olunmuş əraziyə çevriləcək"
13:15 / 17-09-2025
Lavrov: "Qərb dövlətlərin suveren bərabərliyini heç vaxt nəzərə almayıb"
13:12 / 17-09-2025
Boks üzrə ikiqat Avropa çempionu Viktor Ageyev vəfat edib
11:51 / 17-09-2025
Jurnalist Paşkov: "Minlərlə Qəzza sakini şəhərdən təxliyə edilib"
11:45 / 17-09-2025
Soyuducu sayəsində 2 milyon rubl dəyərində elektrik enerjisi oğurlanıb
11:40 / 17-09-2025
Həştərxanda Ukraynaya işləyən afrikalı casus saxlanılıb
11:38 / 17-09-2025
Arktikada arxeoloji ekspedisiyanın iştirakçıları qədim eskimosların silahlarını tapıblar
11:35 / 17-09-2025
Ryabkov: "Ukraynada sülhün əleyhdarları Rusiya və ABŞ arasında razılaşmaları pozurlar"
11:33 / 17-09-2025
Eteri Tutberidze Gürcüstan yığması ilə seçmə turnir üçün Pekinə gəlib
11:29 / 17-09-2025
Bu yay Avropada 24,000-dən çox insan həddindən artıq istilərdən ölüb
09:50 / 17-09-2025
Miqrantlar ticarət mərkəzinin xidmət otağında yeniyetmələri döyüblər
09:41 / 17-09-2025
Zelenski Tramp və Putinlə şərtsiz görüşməyə hazırdır, lakin Moskvada yox
09:38 / 17-09-2025
Yunanıstan, Fransa, İtaliya, İspaniya və Macarıstan ruslara viza verməyə davam edir
09:35 / 17-09-2025
İran İsrailin xeyrinə casusluqda ittiham olunan şəxsi edam edib
21:47 / 16-09-2025
"Reuters": Tramp Kiyevə Avropa tərəfindən ödənilən ilk hərbi yardım paketini təsdiqləyib
18:38 / 16-09-2025
Tramp Ukrayna sammitində iştirakına icazə verib
18:34 / 16-09-2025
Müxbir Bilibov: "Qəzza zolağının sakinləri qapalı vəziyyətdədir, onlar üçün təhlükəsiz yer yoxdur"
18:01 / 16-09-2025
"Əl Məsirə": İsrail Yəmənin Hodeydə limanını vurdu
17:58 / 16-09-2025
Qanuni oğru “Vasya Bandit” 8 il müddətinə xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək
17:52 / 16-09-2025
Miqrantlardan qanunsuz yolla çıxarılmış 17 kq qızıl götürüblər
17:49 / 16-09-2025
Taylandda 100-dən çox meymun uşaq bağçasından qaçıb
17:40 / 16-09-2025
"Rzeczpospolita": Polşada yaşayış binasını vuran pilotsuz uçan aparat deyil, "F-16" qırıcısının raketi olub
17:35 / 16-09-2025
İkiqat "Oskar" mükafatçısı Robert Redford vəfat edib
17:30 / 16-09-2025
Ruslar avtomobildə seks üçün dəmir barmaqlıqlar arxasına düşə bilər
17:26 / 16-09-2025
Ukrayna ordusunda 10 mindən çox məhkum xidmət edir
17:24 / 16-09-2025
19 yaşlı qızın əməliyyatdan sonra ölümü ilə bağlı cinayət işi açılıb
17:21 / 16-09-2025
RİA Novosti: Rusiyanın Bolqarıstandakı səfirliyində Qreçuşkinin saxlanması ilə bağlı məlumat yoxdur
17:18 / 16-09-2025
Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-in sənaye zonasını atəşə tutub
17:13 / 16-09-2025
"Politico": Navrocki səfər zamanı Almaniyadan təzminat tələb edəcək
17:02 / 16-09-2025
Vüqar Rəhimzadə: "2023-cü ilin sentyabrında Azərbaycan dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi"
16:57 / 16-09-2025
Dövlət Suverenliyi Günü – Azərbaycanın müstəqilliyinin rəmzi zəfəri- Zenfira Nurullayeva
GÖRKƏMLİ AZƏRBAYCAN YAZIÇISI VƏ ƏDİBİ CƏLİL MƏMMƏDQULUZADƏ-Ramiz QASIMOV
Tarix: 22-02-2023 19:27 | Bölmə: Ədəbiyyat

Görkəmli Azərbaycan yazıçısı və ədibi Cəlil Məmmədquluzadə (1869-1932) elə əvəzsiz şəxsiyyətdir ki, Azərbaycan xalqının keçdiyi milli inkişaf yolunda cəfakeş ideoloqlardan biri kimi yadda qalmışdır. XX əsrin əvvəllərində bu nadir istedad sahibinin misilsiz ictimai xidmətləri sayəsində milli düşüncədə ümumtürk düşüncəsi ilə bərabər və paralel azərbaycançı məfkurə də geniş yayılmış, Azərbaycan xalqının milli ictimai inkişafına müəyyənləşdirici stimul vermişdir. Çoxəsrlik inkişaf tarixinə malik olan Azərbaycan ədəbiyyatının yeni forma, məzmun, estetik dəyərlər və ideya-məfkurə istiqamətində inkişafında da böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olmuşdur. Bu görkəmli söz ustadı zəngin ədəbi irsi və qaynar ictimai fəaliyyəti ilə mənsub olduğu xalqın milli oyanışına misilsiz töhfələrilə yadda qalmışdır. Bu əvəzsiz, nadir şəxsiyyət çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərilə görkəmli söz ustadı, yazıçı, dramaturq, şair, publisist, pedaqoq, naşir olaraq əbədiyaşarlıq qazanmışdır.
O, həm də ədəbiyyat tariximizdə tənqidi rеalist ədəbi cərəyanın, ilk mənzum allеqоrik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı kimi xatırlanır. C.Məmmədquluzadə həmçinin dünyaca məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru və mollanəsrəddinçilərin ağsaqqalı, milli mücadilə ədəbiyyatımızın sərkərdəsidır. Bu nəhəng söz sənətkarı həm də Azərbaycan ədəbiyyatında kiçik hеkayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Saqqallı uşaq”, “Buz”, “Nigarançılıq”, “Zırrama” və b. kimi hekayələrilə bu janrın ən sanballı nümunələrini yaratmışdır. Böyük dramaturq Cəlil Məmmədquluzadənin olduqca istedadla yazılmış “Ölülər”, “Anamın kitabı”, “Kamança”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı”, “Ər” və b. kimi dram əsərləri Azərbaycan dramaturgiyasının qiymətli incilərini təşkil edir. Onun böyük ustalıqla yaratdığı Məhəmmədhəsən əmi, Zeynəb ana, Xudayar bəy, Qazı, Novruzəli, Usta Zeynal, Kəblə Əzim, Qurbanəli bəy, Kefli İsgəndər, Molla Abbas və b. kimi obrazları dillər əzbərinə çevrilmiş, on illər boyu prototiplərini adlandırmağa müvəffəqiyyətlə xidmət etmişdir.
Görkəmli söz ustadı Mirzə Cəlil həm də yeni-yeni formalaşmaqda olan ictimai satiranın yeni üslubunun banisi və yaradıcısıdır. Onun satirik üslubda yazdığı şeir nümunələri bu gün ədəbiyyatımızın daha çox böyük Mirzə Ələkbər Sabirlə məşhurlaşmış ictimai satirasının təməlini təşkil edir. Onun mənzum satirik yaradıcılığı işığında yeni şeir məktəbi formalaşmış, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi və nəhayət, bu satiranın “ağır artilleriyası” hesab olunan Mirzə Ələkbər Sabir kimi görkəmli nümayəndələrini əhatə edən “Molla Nəsrəddin” şeir məktəbi” meydana çıxmışdır. Mirzə Cəlil həm də bədii yaradıcılığa gətirdiyi metaforik obrazlar, simvollar və mətnaltı məna vasitələri ilə böyük və dərin ictimai mətləbləri bütün dolğunluğu və ciddiyyəti ilə ifadə etmə ənənələri yaratmışdır. Bu görkəmli sənətkarın böyük istedadla yaratdığı və əsərlərinə gətirdiyi “kamança”, “anamın kitabı” və b. kimi metaforik obrazlar böyük ədəbi-estetik məna kəsb edərək xalqın milli dəyərləri və yaddaşının təbliğinə xidmət etmişdir. “Anamın kitabı” ifadəsi isə ümumilikdə azərbaycançılığın andnaməsi, kəlmeyi-şəhadəti kimi yadda qalmışdır. Bundan başqa dahi söz adamı Cəlil Məmmədquluzadə sadə adamların başından keçən adi əhvalatlar üzərində qurulmuş sadə süjetlər əsasında yazılmış əsərlərində çox gülməli və oxunaqlı şəkildə xalqın konkret ictimai-tarixi dövrdə ağrısını çəkdiyi ciddi ictimai bəlalar və problemləri əks etdirmişdir. Cəlil Məmmədquluzadə öz təqdimatında böyük ustalıqla mürəkkəb, çоxcəhətli ictimai münasibətlər daxilində adi adamların saf, təmiz, pak mənəvi aləminə, xaraktеr dünyasına nəzərləri cəlb еtmiş, оnların halallığı, xеyirxahlıq və nəcibiliyi işığında ictimai mühitdə meydan sulayan sosial problemləri əks еtdirmişdir. Halal, zəhmətkеş, sədaqətli, xеyirxah, mömin, dindar, еtiqadlı, nəcib, təmiz, pak оlan adi adamlara ədib millətin mənəvi mеyarı, inkişaf və dəyişikliyin təməli kimi yanaşmışdır. Görkəmli ədibin qələmə aldığı “Danabaş kəndinin əhvalatları” əsəri də Azərbaycan ədəbiyyatı tarixində yeni bədii nəsrin ilk və sanballı nümunəsi hesab edilir. Ümumiyyətlə, bu böyük ədibin ədəbiyyat səhifələrinə ilk dəfə böyük qəhrəman kimi gətirdiyi və bədii-еstеtik prоblеm səviyyəsinə qaldırdığı “kiçik” adamlar məhz onun yaratdığı ədəbi ənənələrlə bədii təqdimin ilk gеniş səpkili оbyеktivinə çеvrilmişdir. “Kiçik” adamların talе rоmanlarını yazmaqla mənsub оlduğu xalqın prоblеmlərini işıqlandıran, tarixi talеyi, müqəddəratı və idеallarını ifadə еdən Cəlil Məmmədquluzadə “müqəddəs ədəbiyyat Kəbəsinə “kiçik” adamın palçıqlı çarıqları ilə girmiş” (Ə.Nazim), Azərbaycan ədəbiyyatında “kiçik” adamın müdafiəçisi və idеоlоqu” (İ.Həbibbəyli) kimi tanınmışdır.
Görkəmli ədib Cəlil Məmmədquluzadənin xalq qarşısında böyük xidmətlərindən biri də xalqın taleyi və müqəddəratı ilə bağlı məsələləri vətəndaşlıq yanğısı ilə əks etdirməsidir. Bu baxımdan milli оyanışa və azadlıq yоlunda mücadiləyə, inkişaf və tərəqqiyə çağırış mоtivləri ilə zəngin olan Cəlil Məmmədquluzadə irsi Azərbaycan xalqının ümummilli lidеri Hеydər Əliyеvin dediyi kimi “milli müstəqillik idеallarımızın mənbəyi” оlmaq vəzifəsini uğurla həyata kеçirməkdədir. Yaradıcılığı “milli müstəqillik idеallarımızın mənbəyi” olan “Mirzə Cəlilə qayıtmaq zərurəti” (akadеmik İsa Həbibbəyli) bu gün də öz aktuallığını qorumaqdadır. Öz əsərlərində sadə adamların timsalında xalqa bəslədiyi sеvgi, hörmət və еhtiram, qayğı və nigarançılıq yeni epoxanın başlanğıcında ədəbiyyatımız və fikir tariximizdə yeni ideyanı və məfkurəni müəyyən etmək baxımından maraq doğurur. Bu baxımdan Cəlil Məmmədquluzadə həm də bütün yaradıcılığı ilə ədəbi və ictimai fikrimizdə azərbaycançılıq məfkurəsinin əsasını qoymuş, öz fəaliyyətində daim vətənə xidməti həyat fəlsəfəsinə çevirmiş bir şəxsiyyətdir. Görkəmli yazıçı Cəlil Məmmədquluzadə ədəbiyyatda azərbaycançılıq məfkurəsini ədəbi bitkinliyi ilə ifadə, publisistikada konkret ideologiya olaraq təbliğ edən, milli istiqlaliyyət və bütöv Azərbaycan idealını əks etdirən, hətta əlinə silah alıb Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan yeganə ədibdir. Bugünkü dövlət müstəqilliyimizin ümummilli məfkurəsi müstəvisində tam qətiyyətlə və məsuliyyətlə demək lazımdır ki, XX əsrin əvvəllərində böyük Cəlil Məmmədquluzadənin ədəbi düşüncə və bədii yaradıcılığa gətirdiyi azərbaycançılıq məfkurəsi böyük söz adamı Əli bəy Hüseynzadənin geniş hərəkata çevirdiyi ümumtürk – Turançı düşüncəsilə bərabər, xalqımızın milli özünü müəyyənləşməsində misilsiz rol oynamış, bugünkü reallıqlara qovuşmada ideoloji zəmin hazırlamışdır. Çünki onun azərbaycançı məfkurəsi geniş və qüvvətli istilaçı və işğalçı qüvvələrin – Çar Rusiyasının milli düşüncə və dəyərləri məhv etmə siyasətinə qarşı əzm göstərmiş, ümumtürk düşüncəsinə xidmət edən milli məfkurə yolunu izləmiş, xalqı böyük ideallara hazırlamışdır. Ümumtürk – Turan düşüncəsindən tədirgin olan və əzazil davranan rus işğalçı qüvvələrinin tədbirləri qarşısında Cəlil Məmədquluzadə və dostlarının azərbaycançı məfkurəsi xalqı türklük və istiqlaliyyət idellarına hazırlamaqda misilsiz xidmətlər göstərmiş, yeni ictimai mövqeyə doğru inkişafına dəstək vermişdir. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid və başqalarının simasında özünün yetkin ifadəsini tapan ümumtürk idellarına qarşı əzazilliklə müqavimət göstərən və onların Azərbaycandakı fəaliyyətinə son qoyan işğalçı qüvvələrin repressiya əməlləri qarşısında Cəlil Məmədquluzadə kimi milli ziyalıların azərbaycançılıq məfkurəsi davam etməklə xalqımızın bu idellar istiqamətində hazırlanması və türklük düşüncəsinin yaşamasında mühüm rol oynamışdır. Təsadüfi deyildi ki, Azərbaycan ictimai fikrində azərbaycançılıq məfkurəsini milli ideologiya kimi bitkinləşdirən, tamamlayan və siyasi cəhətdən formalaşdıran xalqımızın ümummilli lideri Heydər Əliyev böyük azərbaycançı ədib haqqında deyirdi: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır. ...Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün ...bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük vasitədir, böyük bir sərvətdir”.
Xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişafı və intişarında mühüm xidmətlərilə yadda qalmışdır. Qəlbi xalqına xidmət amalı ilə döyünən dahi söz adamı Cəlil Məmmədquluzadə dünyaca məşhur olan “Molla Nəsrəddin” jurnalının (1906) əsasını qoymuşdur. Mirzə Cəlil bu jurnalın, o cümlədən, mollanəsrəddinçi ədiblərin ağsaqqalı, yolgöstərəni və ideoloqu olmuşdur. Xalqına bağlı insanların vətənə xidmət vasitəsinə çevrilən “Molla Nəsrəddin ” jurnalı təkcə Azərbaycanda deyil, maarif, nəşr və bir sıra ictimai inkişaf baxımından bir çox xalqları qabaqlamaqla Azərbaycan xalqının mübariz və vətənsevər ziyalılarının əldə etdiyi böyük nailiyyət idi. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmi və türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciətilə ictimai meydana çıxan “Molla Nəsrəddin” jurnalı xalqın milli oyanışı və inkişafına xidmət göstərmişdir. “Ax unudulmuş vətən, ax yazıq vətən! Dünya titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən!” - deyə həmvətənlərini oyatmağa səsləyən jurnal: “Dünya aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni... hamı buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur” deməklə “gərək bir-birinizləəl-ələ verəsiniz... yəni birləşəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa sizdən ötrü nicat yolu yoxdur” fikrini təlqin edir, azərbaycanlıların həmrəyliyi və birliyi ideyası ilə çıxış edirdi. Təsadüfi deyil ki, “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Vətəndaşlar”, “Cümhuriyyət” və s. kimi zəngin məqalə və felyetonları Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malikdir. “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda çalışmaqdır”-deyə xalqının istiqlaliyyəti, milli oyanışı və inkişafı yolunda dönmədən xidmət göstərən nəhəng ictimai və ədəbiyyat xadimi Cəlil Məmmədquluzadə ilk sözündən tutmuş son sözünə qədər vətəndaşlıq dərsliyidir.
Azərbaycan dövlətinin çoxsaylı görkəmli şəxsiyyətlər kimi Cəlil Məmmədquluzadə şəxsiyyəti və irsinə də qayğı göstərməsi bu şəxsiyyətin böyüklüyü və ölməzliyini təzahür etdirən faktlardan biridir. Sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhrifləri ilə qaranlıqlara bürünərək təbliğ edilən Cəlil Məmmədquluzadə bir çox görkəmli şəxsiyyətlər kimi xalqımızın müdrik oğlu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aydınlığa qovuşmuş, böyüklük və əzəməti tutarlı şəkildə təqdim edilməyə müvəffəq olunmuşdur. Bu da dahi rəhbərin Mirzə Cəlil şəxsiyyətinə olan böyük ehtiramı və hörmətinin daha bariz ifadəsidir ki, ölkəmizdə ilk ev muzeyləri yaradılan görkəmli şəxsiyyətlərdən biri məhz Cəlil Məmmədquluzadədir. Dahi liderin uzaqgörən əməlləri və qayğısı sayəsində Cəlil Məmmədquluzadənin irsi toplanılaraq təkrar-təkrar nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuş, adına küçələr verilmiş, Bakıda, Cəlilabad və doğma vətəni Naxçıvan şəhərlərində əzəmətli heykəlləri ucaldılmışdır. Görkəmli ədibin ölməz əsərləri daim teatrların da repertuarlarında olmuş, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır. Mirzə Cəlilirsinə xalq ehtiramını nümayiş etdirən daha bariz bir fakt böyük ədibə həsr olunmuş və əsərləri əsasında hazırlanmış “Qəm pəncərəsi”, “O dünyadan salam” kimi ölməz filmlərin çəkilişidir. Naxçıvan şəhərindəki ev muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətini əbədiləşdirən mədəni ünvanlardırlar. Ustad Cəlil Məmmədquluzadənin davaml; olaraq yubileylərinin keçirilməsi də ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi “Molla Nəsrəddinjurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi də müstəqillik dönəmində ədibin irsinə və şəxsiyyətinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin 140 və 150 illik yubileylərinin keçirilməsi haqqındakı sərəncamları da görkəmli ədibə böyük ehtiram nümunəsi olaraq razılıq doğurur.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 828
Bölməyə aid digər xəbərlər

12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb