Bütün xəbərlər
Uitaker: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri Avropa tərəfindən təmin edilməli və ödənilməlidir
Tarix: 18-08-2025 20:26 | Bölmə: Siyasət

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker hesab edir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərini Avropa ölkələri, xüsusən də "istəklilər koalisiyası"nın üzvləri təmin etməli və ödəməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində o bildirib ki, Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif tədbirlər Avropa dövlətləri tərəfindən həyata keçirilməlidir.
"Onlar başa düşürlər ki, davamlı sülhə nail olmaq üçün onlara təhlükəsizlik zəmanəti lazımdır. Və bu, avropalılar tərəfindən təmin edilməli və ödənilməlidir", - Uitaker deyib.
Söhbət zamanı o, NATO-nun Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirak etməyəcəyinə də aydınlıq gətirib.
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın təhlükəsizliyinin təmin edilməli olduğunu bildirib. "Biz bunun üzərində işləməyə hazırıq", - dövlət başçısı vurğulayıb.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər