14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Sadıkov ABŞ-da keçirilən sammitdə tərcüməçi işləməyin çətinliklərindən danışıb
Tarix: 17-08-2025 15:03 | Bölmə: Manşet

Rus tərcüməçi Alyaskada keçirilən Rusiya-ABŞ sammitində işləyərkən çətin şəraitdə olub. Bunu "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Linqvistik dəstək departamentinin baş məsləhətçisi Aleksey Sadıkov deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zarubinin sözlərinə görə, Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında aparılan danışıqlarda tərcüməçi nə olursa olsun dayanmalı və hər sözü aydın şəkildə çatdırmalı idi. Sadıqovun qeyd etdiyi kimi, çətinlik Rusiya ilə ABŞ arasında vaxt fərqi idi.
"Uçuş zamanı sən hansı saat qurşağında olduğunu, hansı tarixdə olduğunu, saat neçədə olduğunu tam başa düşmürsən. Mənfi 11 saat. Bu, təbii ki, tərcüməçinin işini çətinləşdirir, çünki konsentrasiya lazımdır, hər şeyi dəqiq formalaşdırmaq lazımdır", - Sadıkov bildirib.
Jurnalist Pavel Zarubin qeyd edib ki, rusiyalı tərcüməçi çoxlu saatları “ayaq üstə” keçirsə də, öz işini “parlaq” görüb.
Bundan əvvəl "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı bir çox jurnalistlərin Rusiya-ABŞ sammitinə uçmadan bir neçə saat əvvəl viza aldığını bildirmişdi.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər