14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Lavrov və Rubio Alyaska sammiti zamanı ABŞ dövlət katibinin qalstukunu müzakirə ediblər
Tarix: 17-08-2025 15:00 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə amerikalı siyasətçinin qalstukunun görünüşünü müzakirə edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Alyaskadakı danışıqlardan sonra qeyri-rəsmi dialoqun kadrları onun müəllifi və aparıcısı Pavel Zarubin tərəfindən "Moskva. Kreml. Putin" verilişində nümayiş etdirilib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın birgə bəyanatı üçün hazırlıqların getdiyi konfrans zalında Rubio Lavrova yaxınlaşaraq onun əlini sıxıb. Bundan sonra otaqdakı bütün qonaqlar ABŞ dövlət katibinin qalstukunun qeyri-rəsmi müzakirəsinin şahidi olublar. Rubio və Lavrov bunu bir-birinə göstərərək zarafat ediblər. Həmin gün amerikalı siyasətçi görünüşünə görə şərab rəngli qalstuk seçib.
Ankoricdə (Alyaska) Rusiya-Amerika sammiti avqustun 15-də Elmendorf-Riçardson hərbi bazasında baş tutub. Tərəflər arasında danışıqlar 2 saat 45 dəqiqə davam edib. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün çox müsbət keçdiyini bildirib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər