14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
SANA: Terrorçu Suriyanın Hələb şəhərində çörək sexinin yaxınlığında partlayış törədib
Tarix: 17-08-2025 22:42 | Bölmə: Dünya

SANA agentliyi xəbər verir ki, Suriyanın Hələb şəhərində naməlum şəxs partlayıcı qurğunu işə salıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Əl-Maysar bölgəsində çörək sexinin yaxınlığında baş verib. Həlak olanlar və yaralananlar barədə məlumat verilməyib.
Bundan əvvəl SANA Dəməşqdə bomba yüklü avtomobilin partlaması barədə məlumat yayıb. Naməlum şəxslər “Golden Mezzeh” otelinin yaxınlığında uzun müddət dayanmış köhnə “Ostin” markalı avtomobilə partlayıcı qurğu yerləşdiriblər.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər