Bütün xəbərlər
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: ELM VƏ TƏDRİSİN UĞUR MƏRKƏZİ-​Cavadxan Qasımov
Tarix: 09-08-2025 23:50 | Bölmə: Sosial


 


Artıq 2025-2026-cı tədris ilinin başlanmasına az bir müddət qalmaqdadır. Qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universiteti bu mərhələyə kifayət qədər yüksək potensial və resurslarla hazırlaşmaqdadır. Yeni tədris ilinə keçirilən qəbul imtahanlarında 600-700 bal arası göstəricilərlə fərqlənmiş olan abituriyentlərin də çox hissəsi məhz Naxçıvan Dövlət Universitetini seçmiş, bu ali məktəbin tələbəsi olmağın qürurunu ifadə etmişlər.

Ölkəmizdə elm və tədris sahələrində paralel olaraq uğurla reallaşan islahatlara davamlı töhfələrini verən ali məktəbimiz, etibarlı ixtisaslaşma sahəsində əhəmiyyətli yol keçməkdədir. Xüsusilə də, son 6 ilə yaxın bir müddət ərzində güclü təcrübə əsasında olduqca səmərəli elmi araşdırma və ixtisaslaşma mühitinin yaradılması, bu sahədə daha mütərəqqi nəticələrin əldə olunmasına zəmin yarada bilmişdir.

Beləliklə, geridə qalan müddətlər ərzində Naxçıvan Dövlət Universitetində qərarlaşan və inkişaf edən elmi mühit və tədris şəraiti burada, modern tələblərə və çağırışlara uyğun olan ixtisasların yaranmasına və bu sahədə etibarlı mütəxəssis hazırlığının həyata keçirilməsinə təkan olmuşdur. Xüsusilə, ixtisas qrupları üzrə tələbələrin perspektivli karyeralarının, onların dayanıqlı şəkildə formalaşmasının və resurs təminatının nəzərə alınması daha faydalı nəticələrlə müşayiət olunmaqdadır.

Aşağıdakı posterlərdə qruplar üzrə təqdim olunan ixtisaslar, Naxçıvan Dövlət Universitetinin mütəxəssis hazırlığı sahəsində yeni keyfiyyət mərhələsinin əsaslarını daha dolğun qaydada olmaqla ifadə etməkdədir. İxtisaslara diqqət etdikdə aydın olur ki, onlar:

- əmək bazarının dəyişən tələblərinə tamamilə uyğun olmaqla;

- yeni iqtisadi prioritetlərin elmi əsaslarının və pedaqoji bazasını yaratmaqla;

- sosial mahiyyətinə görə ehtiyac duyulan ixtisaslaşmanı əhatə etməklə;

- milli və beynəlxalq mahiyyətinə görə mobillik imkanlarını yüksəltməklə;

- elmi araşdırmalara zəmin yaratmaqla, buna daha da, zəmin açmaqla;

- ikili diplom proqlamlarının əsas hədəflərini və əlçatanlığını ifadə etməklə;

- texnoparkla, onun fəaliyyət strukturuna və məqsədlərinə daha çox əlaqəli olmaqla;

- dünya elminə və tədrisinə inteqrasiya olunmanın etibarlılığına təminat verməklə olduqca səmərəli perspektivliliyə malik olacaqdır.

Əziz NDU-nu seçən abituriyentlərimiz, onun tələbəsi adını qazanan gənclərimiz və tam ali təhsilinə davam edən magistrlərimiz! Sizlər, Naxçıvan Dövlət Universitetinin resurslarından, imkanlarından, hədəflərindən daha məhsuldar olaraq istifadə edəcəksiniz. Müstəqil, qüdərtli və qalib Azərbaycan dövlətimizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının yeni reallıqlar şəraitində əldə edəcəyi, ortaya qoyacağı və töhfə verəcəyi bütün uğurlarda sizin də payınız, iştirakınız və rolunuz olacaq. Qazanacağınız elmlə, mütəxəssis olmaq sahəsindəki uğurlarınızla bu sahədə daha mühüm nəticələr əldə edəcəksiniz. Bu sahədə, sizə dayaq olacaq, yanınızda görəcəyiniz, dəstəyini hiss edəcəyiniz Rektorla birlikdə daha böyük nailiyyətlərə doğru ALLAH yolunuzu açıq eləsin.

Naxçıvan Dövlət Universitetinin yeni tədris ili üçün hazırlıq işləri qətiyyətlə, məsuliyyətlə və buna görə də, uğurla davam etməkdədir. Bu işlər, nəinki, daxili  elm və tədris proseslərinin nizama salınmasında, tənzimlənməsində, hətta beynəlxalq miqyaslı əməkdaşlıqlarının da səmərəli təşkilinə və idarə olunmasına səbəb olmaqda, abadlıq gətirməkdə və yeni üfiqlər açmaqdadır. 

Bir-birini əvəz edən tədris illərinin hər birində, ələlxüsus, son altı ilin müvəffəqiyyət tarixçəsində yer alan elm və tədris proseslərində pedaqoji heyətin daha da təkmilləşməsində, onun peşəkarlıq səviyyələrinin olduqca yüksəlməsində və fəaliyyətlərində motivasiya meyarlarının gündəlik olaraq diqqətdə saxlanılmasında dövlətimizin daha yaxından qayğı və diqqətini qeyd etmək zəruridir.

Eyni zamanda, tələbəyönümlü tədris proseslərinin tənzimlənməsində elmi-nəzəri, innovativ, texnoloji, təcrübi və inteqrasiya istiqamətli tədbirlər müvafiq məqsədlər çərçivəsində həyata keçirilən layihələr əsasında daha da məhsuldar, daha da faydalı və daha da ardıcıl olmuşdur.

Artıq, 2025-2026-cı tədris ilinin astanasındayıq. Bu, bütün tərəflərinə görə, ali məktəmizin davamlı islahatlar müstəvisində diqqətdə saxlamış olduğu hədəflərin daha da əlçatan olması fonun da müşayiət olunmaqdadır. Son 6 ildə beynəlxalq əməkdaşlıqlar sahəsində artıq ənənə halını alan ikili diplom, mobillik, mübadilə və digər faydalı işbirlikləri Naxçıvan Dövlət Universitetinin uğurla reallaşdırmış olduğu irimiqyaslı layihələrdir. Bu isə, imkan vermişdir ki, ali məktəbimiz əməkdaşlıq etdiyi universitetlərin əhatə dairəsi, coğrafiyası və onların faydaları daha da geniş, daha da böyük olsun, bu sahədə, əcnəbi mütəxəssislərin universitetimizlə əməkdaşlıqlarına əlverişli zəmin yaranmış olsun.

Hörmətli Rektorumuz, güclü elmi və pedaqoji təcrübə sahibi olan Elbrus İsayevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər artıq 2025-2026-cı tədris ilində də əcnəbi müəllimlərin ali məktəbimizlə əməkdaşlıqlarına münbit şərait yaradılmışdır. Belə ki, universitetimizin 7 fakültəsinin tədris proseslərində artıq 31 əcnəbi professorun fəaliyyətini görəcəyik. Diqqət etdikdə aydın olur ki:

- 13 müəllim İqtisadiyyat və idarəetmə;

- 6 müəllim Memarlıq və mühəndislik;

- 6 müəllim Tibb;

- 2 müəllim Beynəlxalq münasibətlər və hüquq;

- 2 müəllim Təbiətşünaslıq və kənd təsərrüfatı;

- 1 müəllim Xarici dillər;

- 1 müəllim isə, Tarix-filologiya fakültələrində pedaqoji fəaliyyətlə məşğul olacaq, elmi araşdırmalar aparacaq, təlimlər keçəcək.

Bütün bu proseslər və anlaşmalar, hörmətli rektorumuzun 2021-ci ilin 8-16 iyun tarixlərində qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali məktəblərinə səfərləri və onların rəhbərləri ilə səmərəli görüşləri nəticəsində əldə olunmuşdur. 

Beləliklə, artıq universitetimiz davamlı inkişafını əməli işlə, fəaliyyətlə, gerçək nəticələrlə ortaya qoymaqdadır. Bunlar isə, tələbələrimiz, magistrlərimiz və gəncliyimiz üçün olduqca güclü işıqlı gələcək vəd etməkdədir. Xeyirli olsun.

Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
 






Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər