Bütün xəbərlər
Tramp özünü Ukraynadakı münaqişəni dayandıra biləcək yeganə şəxs adlandırıb
Tarix: 18-08-2025 21:08 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı münaqişəni yalnız o dayandıra bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu fikri "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Trampın fikrincə, onun prezidentliyi dövründə Ukraynada münaqişə heç vaxt baş verməzdi.
"Bu, yuxulu (ABŞ-ın keçmiş prezidenti) Co Baydenin müharibəsidir, mənim deyil. Mən yalnız onu dayandırmaq üçün buradayam, inkişaf etdirməyə davam etmək üçün deyil", - Tramp yazıb.
Ağ Ev rəhbəri Ukraynadakı münaqişəni “Rusiya-Ukrayna qarışıqlığı” adlandırıb. Trampın vurğuladığı kimi, “münaqişənin dayandırılması üçün heç nə edə bilməyən” “axmaq” insanlar mövcud vəziyyətin korreksiyasını yalnız çətinləşdirir.
Bundan əlavə, Amerika lideri bildirib ki, o, Trampın sağlam düşüncəsi, intellekti və vəziyyəti dərk etməyən axmaq adamlar adlandırdığı bütün tənqidçilərinə rəğmən, Ukraynadakı münaqişəyə son qoymaqda qərarlıdır.
Bazar ertəsi, avqustun 18-də Tramp Ağ Evdə Kiyev rejiminin lideri Vladimir Zelenskini qəbul etmək niyyətindədir. Görüşün Moskva vaxtı ilə saat 20:15-də başlaması gözlənilir. Burada ABŞ-ın vitse-prezidenti J.D.Vens də iştirak edəcək.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər