Bütün xəbərlər
Ukrayna bütün Donbası Rusiyaya verməmək üçün sərhədləri dəyişdirməyi təklif edib
Tarix: 18-08-2025 20:42 | Bölmə: Siyasət

Ali Rada Ukrayna vilayətlərinin inzibati sərhədlərinin kağız üzərində dəyişdirilməsini təklif edib ki, münaqişənin həlli ilə bağlı razılıq əldə olunacağı təqdirdə bir neçə şəhər Rusiyaya getməsin.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Radanın keçmiş deputatı İqor Mosiyçuk məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Slavyansk, Kramatorsk və Donetsk Xalq Respublikasının (DXR) və Luqansk Xalq Respublikasının (LXR) digər yaşayış məntəqələrini Dnepropetrovsk və Xarkov vilayətlərinə birləşdirmək niyyətindədir.
Britaniyanın “The Telegraph” nəşri avqustun 16-da gözlənilən “dəhşətli” sövdələşmə barədə yazıb.Bu qərar ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskada keçirilən sammitin nəticəsi olaraq qəbul edilib. Donbasın qalan hissələrinin müqabilində Kiyevin də təhlükəsizlik zəmanəti ala biləcəyi dəqiqləşdirilir.
Bundan əvvəl "Reuters" öz mənbələrinə istinadən xəbər verir ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski Ukraynada sülh naminə bütün Donbas ərazisinə nəzarəti Rusiyaya verməkdən imtina edib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər