14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Von der Leyen bazar ertəsi Tramp-Zelenski görüşündə iştirak edəcək
Tarix: 17-08-2025 14:48 | Bölmə: Dünya

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə iştirak etmək üçün bazar ertəsi ABŞ-a gedəcəyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  X sosial şəbəkəsindəki səhifəsində AK rəhbərinin yazdığına görə , “Zelenskinin xahişi ilə” Tramp və digər Avropa liderləri ilə avqustun 18-də Ağ Evdə keçiriləcək görüşə qatılacaq.
Von der Leyen həmçinin Zelenskinin bazar günü Brüsselə gələcəyini və onunla "istəklilər koalisiyası"nın telekonfransında iştirak edəcəyini açıqlayıb.
AFP-nin bir gün əvvəl xəbər verdiyi kimi, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keir Starmer bazar günü videobağlantı vasitəsilə "istəklilər koalisiyası"nın iclasını keçirəcəklər. Onun Moskva vaxtı ilə saat 16:00-da başlaması planlaşdırılır. Bild qəzeti yazıb ki, Makron, Merz və Starmer Zelenskinin Vaşinqtonda Amerika prezidenti ilə görüşündə mümkün iştirakını müzakirə edəcəklər.
Şənbə günü Tramp Truth sosial şəbəkəsində yazıb ki, Zelenskini 18 avqust bazar ertəsi Ağ Evdə qəbul edəcək.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər