Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Çin və Rusiya iki nəfərlik turist qrupları üçün vizasız rejim tətbiq edə bilər
Tarix: 09-08-2025 17:27 | Bölmə: Karusel

Rusiya və Çin iki nəfərlik turist qrupları üçün vizasız rejim üzərində işləyir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru Aleksey Klimov məlumat verib.
O qeyd edib ki, Moskva ilə Pekin arasında əməkdaşlıq çərçivəsində əsas vəzifələrdən biri təmasların artırılmasına şərait yaratmaqdır.
"Hazırda Rusiyanın İqtisadi İnkişaf Nazirliyi turistlərin minimum sayını iki nəfərə endirmək və qəbul edən ölkədə vizasız qalma müddətini 30 təqvim gününə qədər artırmaq imkanları üzərində işləyir", - Klimov TASS-a bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru həmçinin bildirib ki, onlar çinli tərəfdaşlarla davamlı dialoqu davam etdirirlər və bu dialoqun məqsədi gələcəkdə qarşılıqlı səfər rejimini sadələşdirməkdir.
May ayında Regional İnkişaf üzrə Rusiya-Çin İnvestisiya Fondunun rəhbəri Rüstəm Temirqaliyev 2025 və 2026-cı illərdə Çində rusiyalı turistlərin sayının bir milyon nəfərdən çox olacağına ümid etdiyini bildirib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər