Bütün xəbərlər
“Əl-Qahirə əl-İxbariyyə”: HƏMAS Qəzzada atəşkəsə razılaşıb
Tarix: 18-08-2025 20:33 | Bölmə: Dünya

Fələstin HƏMAS hərəkatı Qəzza zolağında iki aylıq atəşkəs və bir sıra fələstinli məhbusların əvəzində girovların yarısının azad edilməsinə razılıq verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Kanalın mənbələrinə görə, humanitar yardımın Qəzzaya maneəsiz daxil olmasını təmin etmək üçün İsrail qüvvələri sərhədyanı bölgələrə yerləşdiriləcək.
“Təklif hərbi əməliyyatların 60 gün müddətinə müvəqqəti dayandırılmasını nəzərdə tutur, bu müddət ərzində fələstinli məhbusların bir qismi israilli məhbusların sayının yarısı ilə dəyişdiriləcək”, - kanalın saytında qeyd edilir.
Atəşin ilk günündə bölgədə hərtərəfli razılaşma və daimi atəşkəslə bağlı danışıqlara başlanacağı vurğulanır. Nəşr qeyd edir ki, HƏMAS bu təklifi Qəzza zolağının sakinlərinin müdafiəsi üçün ən yaxşı variant hesab edir.
Misir və Qətər tərəfindən Qəzza ilə bağlı yeni təklifin HƏMAS-a ötürülməsi barədə xəbər avqustun 17-də yayılıb.O zaman razılaşmanın təfərrüatları verilməyib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər