14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
"Airbus A320" Moskva vilayəti üzərində bir neçə saat dövrə vurub
Tarix: 18-08-2025 16:29 | Bölmə: Karusel

Qırğızıstanın “Aero Nomad Airlines” aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi Moskvanın “Vnukovo” hava limanına məcburi eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, SHOT-un xəbərinə görə, ehtimal səbəb sərnişinlərin və ekipajın təyyarədə təhlükəsiz qalması üçün hava təzyiqinin saxlanılması sistemindəki problemdir.
Təyyarə saat 11:20 radələrində Moskvadan Oşa qalxıb, lakin ekipaj Vnukovoya qayıtmaq qərarına gəlib.
Bundan əvvəl təyyarə yanacaq sərf edərək bir neçə saat Moskva vilayəti üzərində dövr edib və indi enir.
Xilasedicilər onu hava limanında qarşılayır, fövqəladə hallar xidməti həyəcan vəziyyətindədir.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər