14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Husilər hava limanına raket zərbəsi endirdiklərini elan ediblər
Tarix: 17-08-2025 22:40 | Bölmə: Dünya

Yəmənin Ənsar Allah (Husi) hərəkatı növbəti dəfə İsrailin Ben Qurion hava limanına zərbə endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Husi silahlı qüvvələrinin sözçüsü Yəhya Saria üsyançıların nəzarətində olan Al Masirah telekanalına açıqlamasında hücumda "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edildiyinə aydınlıq gətirib.
İsrail Müdafiə Qüvvələri də öz növbəsində Moskva vaxtı ilə saat 16:20 radələrində Yəmən ərazisindən atılan raketi ələ keçirdiklərini bildiriblər.
"Yəməndən atılan raket İsrail Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib", - İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Husilər mütəmadi olaraq Ben Qurion hava limanına və yəhudi dövlətindəki digər hədəflərə zərbələr endiriblər.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər