14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Merz Vaşinqtonda Tramp və Zelenski ilə görüşdə iştirak edəcək
Tarix: 17-08-2025 14:58 | Bölmə: Dünya

Almaniya kansleri Fridrix Merz Amerika lideri Donald Tramp və Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə bazar ertəsi Vaşinqtonda keçiriləcək görüşdə iştirak edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Onun sözlərinə görə, liderlər təhlükəsizlik, ərazi və Kiyevə yardım məsələlərini müzakirə edəcəklər.
"Federal kansler Fridrix Merz bazar ertəsi Zelenski və digər Avropa dövlət və hökumət başçıları ilə birlikdə siyasi danışıqlar üçün Vaşinqtona gedəcək" deyib.
Qeyd edək ki, Tramp bundan əvvəl Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqları yalnız avqustun 18-də Zelenski ilə görüşünün uğurlu olacağı təqdirdə nəzərdən keçirəcəyini bildirib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər