14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Ukrayna üçün təhlükəsizlik zəmanətləri çətin ki, NATO-nun 5-ci maddəsinin şərtlərini ehtiva etsin
Tarix: 17-08-2025 14:54 | Bölmə: Siyasət

“Bloomberg” mənbələrə istinadən yazır ki, Ukrayna çətin ki, NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq digər dövlətlərin müdafiə mexanizmi ilə müqayisə edilə bilən təhlükəsizlik zəmanətlərinə arxalana bilsin.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Agentliyin məlumatına görə, Kiyevə bu cür zəmanətlərin verilməsinin mümkünlüyü müzakirə edilib, lakin alyansa oxşar mexanizmin yaradılması çətin kimi qəbul edilib.
"NATO-nun malik olduğu mexanizmə bənzər mexanizm yaratmaq çətin olardı. Alternativ olaraq, ABŞ-ın öhdəlikləri ilə İngiltərə və Fransanın koordinasiya etdiyi əvvəlki dəstək planları olardı. Bu planlara dəstək qüvvələrinin yerləşdirilməsi, vəziyyətin monitorinqi və havadan müdafiə daxildir", - nəşr yazır.
Eyni zamanda, "Bloomberg"in qeyd etdiyi kimi, ABŞ-ın bu razılaşmalar çərçivəsində hansı rolu oynamağa hazır olduğu hələ də qaranlıq olaraq qalır.
NATO Nizamnaməsinin 5-ci maddəsi alyansın kollektiv müdafiəsi prinsipini təsvir edir: bir və ya bir neçə NATO ölkəsinə silahlı hücum bütün alyansa hücum hesab edilir.
Daha əvvəl NBC News mənbələrə istinadən bildirib ki, ABŞ Ukraynaya onun NATO-ya üzvlüyünü nəzərdə tutmayan təhlükəsizlik zəmanətləri təklif edir.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər