17:51 / 27-09-2026
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
22:48 / 26-09-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
18:33 / 24-09-2026
Kim Çen In Rusiyaya səfər etməyə dəvət olunub
18:30 / 24-09-2026
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
18:27 / 24-09-2026
Futbolçu Qluşakov Rusiyada futbolun necə populyarlaşdırılacağını izah etdi
18:24 / 24-09-2026
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
15:43 / 24-09-2026
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
NAXÇIVANIN BƏNZƏRSİZ TƏBİƏTİNİ NƏĞMƏ DİLİ İLƏ İFADƏ EDƏN İSLAM SƏFƏRLİ-İSLAM SƏFƏRLİ - 100-Kamal CAMALOV
Tarix: 11-02-2023 21:48 | Bölmə: Ədəbiyyat

İslam Səfərli Azərbaycan təbiətinin vurğunu və onun ən gözəl tərənnümçülərindən biridir – desək, zənnimizcə, onun oxucularının ürək sözlərini ifadə etmiş olarıq. Ana yurdumuzun bir-birindən gözəl mənzərələri ustad şairin şeirlərində ustalıqla tərənnüm edilmişdir. Bəzən “quzu kimi” sakit, “göy köynəyinə ütü çəkmiş Xəzər”, bəzən də şahə qalxmış dalğaları hayqıraraq, sahilləri gəmirən Xəzər, qumlu sahillər, havası can dərmanı, şanısı ağızlarda bal dadan Naxçıvanın gözəl guşələri: Batabat yaylaqları, Xalxal meşəsi, Şərur düzü və sair şair şeirlərində Naxçıvan torpağının ətri duyulmaqdadır.
Görkəmli ədəbiyyatşünas Pənah Xəlilovun sözlərilə desək İslam Səfərlini oxucu üçün hörmətli edən, onun “həqiqətpərəstliyi və sadəliyidir”. İslam Səfərli özünün poetik imkanlarını nəzərə alır, vərdiş etdiyi yazı tərzini tez-tez dəyişməyi xoşlamır. Beş-on ildən bir dəyişən dəb onu cəlb etmir; bu poetik modanın fiqurları, obrazlı ifadələri şairin yaradıcılıq təbiətinə təsir göstərmir. Əlbəttə, həssas oxucu başa düşə bilər ki, bu mühafizəkarlıqdan, yeniliyə biganəlikdən doğmur. Bu vəziyyəti rəngarənglikdən qaçmaq kimi də izah etmək olmaz. Bunu ancaq və ancaq şairin öz imkanlarına, öz üslubuna, poetik aləminə sədaqəti kimi mənalandırmaq daha doğru olardı. Şair “Mənim adi günlərim” şeirindəsəmimi etiraf edir:
Süni ucalmaq hissi
Mənə heç yaraşmayır.
Yöndəmsiz ucalandan
Xalqıma kar aşmayır.
İslam Səfərli hiss edir ki, hansı bir dəbə uysa özündən uzaqlaşacaq, qeyd
etdiyi kimi, “yöndəmsiz” olacaqdır.
Azərbaycanın xalq şairi Məmməd Rahim İslam Səfərlinin yaradıcılığından bəhs edərək yazır ki, “İslam Səfərli anadan olduğu, böyüyüb boya-başa çatdığı yerləri özünə xas olan səmimiyyət və istedadla qələmə alır, oxucularda bu yerlərə maraq oyadır. Bu şeirləri oxuyan adam sanki Naxçıvanı seyrə çıxır. Şair Naxçıvanın “Gəlin daşı”nı, “Batabat”ını, “Xal-xal meşəsi”ni, gecə-gündüz Vətəni qoruyan sərhədçinin düşüncələrini tərənnüm edir. Şair, doğma Naxçıvanı hədsiz bir məhəbbətlə sevir” (M.Rahim. “Həyatın nəfəsi”. “Ədəbiyyat və incəsənət” qəzeti, 25 iyun 1960).
Şeir həyatiliyi sevir. Realizm şeirin canıdır. İslam Səfərli şeir kitablarında bu prinsipə əməl etməyə çalışmışdır. Şair dostluğu, dəyanəti, yeni dünya quranların rəşadətini, bir sözlə, yaxşı sifətləri ifadə etmək üçün Naxçıvanı zəminə seçmişdir. “Tanış gözlərdə” adlı şeirində bunu daha aydın görmək olar:
Şəhəri aramla gəzirəm yenə,
Qəlbimdə həyatın zövqü, nəşəsi.
Dünyada hər yerdən xoş gəlir mənə
Bu Şərqin qapısı, Şərqin guşəsi.
İslam Səfərli Naxçıvanı poetikləşdirir. Batabat bulağı şairin şeirlərində canlanır. Biz şeirdə bulağın sərinliyini, şəffaflığını duyuruq, onun suyundan ovuc-ovuc içmək istəyirik. “Batabat bulağı” əsil şeir nümunəsidir. Bu şeirin misraları sinəmizi qürur hissilə qabardır, biz dönə-dönə onu təkrar eləmək istəyirik:
Bulaqların bir səmtədir axarı,
“Salvartı”nın xoş görünür baxarı,
Biçənəkdən at səyirdib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
“Batabat bulağı”nı tamamlayan, oxucuları ruhlandıran, onlarda Vətənə, onun təbiətinə, insanlarına məhəbbət oyadan şeirlərdən “Xal-xal meşəsi” də diqqəti cəlb edir.
Vayxır çeşməsinin suları bumbuz,
Buluddan ay çıxdı, taladan ulduz.
Bir az da aşağı düşdü yolumuz,
Gəldi qulağıma quşların səsi,
A Xal-xal meşəsi, Xal-xal meşəsi!
Mehmanın olduqca neçə əhli-hal,
Kəsilməz qoynundan nə tar, nə qaval.
Babalar adına desə də Xal-xal,
Sənsən yurdumuzun dilbər guşəsi,
A Xal-xal meşəsi, Xal-xal meşəsi!
Göründüyü kimi, şair çalışır ki, şeirlə təbiət arasında vəhdət yaratsın, şeirlərivəzncə oynaq və ahəngdar olsun.
Yeri gəlmişkən deməliyik ki, səmimilik, axıcılıq, oynaqlıq, musiqiyəuyarlılıq İslam Səfərlinin şeir yaradıcılığını xarakterizə edən vacib əlamətlərdir. Onun şeirlərində yerinə düşməyən söz, ifadə tapmaq mümkündür, ancaq səmimilikdən kənar bir hiss, boğazdan yuxarı deyilmiş ifadə, şeirin axarını pozan misra tapmaq çətindir. Şair sözlərin düzümünə, şeirin ahənginə, musiqisinə xüsusi fikir verir.
Musiqi kimi incə,
Zərif bir bəstədir söz.
Nə vəzn – hecada,
Nə də sərbəstdədir söz,
Azərbaycan şeiritək
Qoca vəznliyəm mən;
Min bir bulaq axarlı
Heca vəznliyəm mən!
Bizcə, İslam Səfərlinin şeirlərindəki bu mühüm cəhət – ahəngdarlıq, musiqiyə uyarlıq onun nəğməkar şair kimi tanınmasında əsas rol oynamışdır. Tamaşaçılar və dinləyicilər radio dalğalarında, televiziya ekranlarında İslam Səfərlinin sözlərinə yazılmış nəğmələri tez-tez eşidirlər. Görkəmli bəstkarlarımızdan Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Ramiz Mustafayev, Emin Sabitoğlu,Ramiz Mirişli, Nəriman Məmmədov və başqaları İslam Səfərlinin poeziyasına müraciət etmiş, onun nəğmələrindənilhamlanmışlar. “Ana”, “Bir könül sındırmışam”, “Bakı, sabahın xeyir”, “Buludlar”, “Ağ şanı, qara şanı”, “Gəncliyimi gəzirəm”, “Qonaq gəl bizə”, “Ay öpüşən dalğalar”, “Nə vaxta qaldı” və s. mahnıları dillər əzbəri olmuşdur.
Görkəmli ədəbiyyatşünas Abbas Zamanov1941-1945-ci illərdə gedən Böyük Vətən Müharibəsi illərində İslam Səfərli ilə (1944-cü ildə) tanış olmaq imkanına nail olmuşdur. “Otuz il əvvəl” sərlövhəli yazısında Zamanov yazır ki, “qərargahda mənə dedilər ki, kəşfiyyat rotasında xidmət edən bir azərbaycanlı döyüşçü növbəti təltifə təqdim olunmuşdur. Təltif vərəqəsini alıb oxudum. Budur, həmin vərəqədən götürdüyüm qeydlər: Serjant İslam Əhməd oğlu Səfərli indəyədək on dəfə kəşfiyyatda olub. Üç dəfə “dil” tutulub gətirilməsində iştirak edib. Kəşfiyyat zamanı ən təhlükəli dəqiqələrdə vəziyyətdən çıxmağı bacarır. Təvazökardır. Rotada yoldaşlarının hörmət və etibarını qazanmışdır” (A.Zamanov. “Otuz il əvvəl”. “Ədəbiyyat və incəsənət” qəzeti. 16 noyabr 1974).
Yekun olaraq qeyd edək ki, gözəl şair və dramaturq İslam Səfərlinin parlaq obrazı qəlbimizdə uzun zaman yaşayacaqdır. Onun əsərləri həmişə bizə ilham verəcək, duyğularımızda və fikirlərimizdəyaşayacaqdır.
Kamal CAMALOV,
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Baxış sayı: 1 525
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR