19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
Şair, dramaturq Müzəffər Nəsirlinin anadan olmasının 110 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Tarix: 23-12-2021 01:13 | Bölmə: Ədəbiyyat

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda tanınmış şair, dramaturq, tədqiqatçı Müzəffər Nəsirlinin anadan olmasının 110 illiyi münasibətilə elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə Konfransı giriş sözü ilə açan İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov bildirib ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda müntəzəm olaraq Naxçıvan mühitinin tanınmış nümayəndələrinə həsr olunmuş müxtəlif tədbirlər, elmi konfranslar keçirilir. Bu gün baş tutan konfrans da şair, dramaturq, tədqiqatçı, pedaqoq Müzəffər Nəsirlinin 110 illik yubileyinə həsr olunub. Şairlə bağlı aparılan araşdırmalardan söz açan alim İnstitutda nəşr olunan “Taleyi və sənəti” seriyası üzrə növbəti kitabın Müzəffər Nəsirliyə həsr olunacağını diqqətə çatdırıb.
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov konfransda “Müzəffər Nəsirlinin həyat və yaradıcılığı” haqqında məruzə edib.
Tədqiqatçı əvvəlcə istedadlı şair və qələm sahibi Müzəffər Nəsirlinin həyatı və yaradıcılığını əhatəli şəkildə təhlil edib. Diqqətə çatdırıb ki, hələ erkən yaşlarında yaradıcılığa başlayan şair həmin illərdə Naxçıvanda təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyinin fəal iştirakçısı olmuş, 17 yaşında ikən Naxçıvan Proletar Yazıçılar Cəmiyyətinə katib seçilmişdir. Şairin “Həyat haqqında mahnı”, “İşıq”, “Mənim respublikam”, “Araz sahilində”, “İki ürək” kimi kitabları nəşr olunmuşdur. Yaradıcılığı dövründə əvvəlcə “Asim”, “Sələsüzlü”, sonralar isə “Nəsirli” imzası ilə şeirlər yazmışdır.
Şair kimi yüksək peşəkarlıq nümayiş etdirən Müzəffər Nəsirli qələmini dramaturgiya sahəsində də sınamış, “Azadlıq günəşi”, “Qanlı qanunlar” və digər dram əsərlərini qələmə almışdır.
İkinci Dünya müharibəsi zamanı ən qızğın döyüşlərdə iştirak edən istedadlı şair müharibə və döyüşçü ruhunun incəliklərini anladan şeirlər yazıb. Bu əsərlər müharibənin dəhşətləri ilə yanaşı, Azərbaycan oğullarının qəhrəmanlığını, rəşadətli mübarizəsini əks etdirir.
“Naxçıvan duzu”, “Qızlar bulağı”, “Əlincə qalası”, “Şahbuz lövhələri” kimi şeirlər şairin Naxçıvanın təbiətinə, tarixinə, mədəniyyətinə, insanlarına bəslədiyi dərin məhəbbəti bütün əzəmətilə əks etdirir.
Qeyd olunub ki, Müzəffər Nəsirli yaradıcılığında Naxçıvanın müxtəlif sahələrdə ad çıxarmış adlı-sanlı qadınlarından bəhs edən irihəcmli əsərlər mühüm yerə malikdir. Onun Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya həsr olunan “Arpaçayın sahilində” əsəri zəhmətkeş Naxçıvan qadını və onun əməkçi rəşadətini poetik ustalıqla tərənnüm edir. Məşhur şairə Qönçəbəyimin həyatından bəhs edən “Qönçəbəyim nəğməsi”, Azərbaycan və dünya mədəniyyətinin incisi Mömünə xatun türbəsinə həsr olunan “Məhəbbət təcəssümü” əsərləri məhz qadın qəhrəmanlığı, sədaqəti, vəfası, məhəbbəti, vətənpərvərliyi və başqa keyfiyyətlərini anladan qiymətli ədəbiyyat nümunələridir.
Dosent Ramiz Qasımov məruzəsində Müzəffər Nəsirlinin apardığı tədqiqatların mahiyyətindən bəhs edərək bildirib ki, onun ötən əsrin 70-ci illərində yazdığı “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat” adlı monoqrafiyası Naxçıvanda ədəbi mərhələ və prosesin inkişaf vəziyyətinə həsr olunan ən etibarlı və qiymətli mənbədir.
“Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi” pyesi Naxçıvan səhnəsində” mövzusunda məruzə edən İnstitutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov söyləyib ki, maraqlı süjet xəttinə malik əsəri oxuyarkən Qönçəbəyim dövrünün Naxçıvanı oxucunun gözləri qarşısında canlanır. Bu isə Müzəffər Nəsirlinin yüksək peşəkarlığının nəticəsidir. Dramaturqun Naxçıvan teatrında səhnələşdirilən pyesləri, bu əsərlərin özünəməxsus çalarları,
obrazları canlandıran incəsənət nümayəndələrinin sərgilədikləri uğurlu təqdimatın şərhi məruzənin əsasını təşkil edib.
AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva konfransda “Müzəffər Nəsirli yaradıcılığında cənub mövzusu” ilə bağlı məruzə edib. Şairin cənub mövzusuna həsr olunmuş əsərlərindən nümunələr səsləndirən tədqiqatçı şeirləri təhlil edib. Vurğulanıb ki, cənub mövzulu əsərlərdə bu həsrətin bir gün sona yetəcəyinə, haqq-ədalətin bərqərar olacağına inam ifadə olunur.
“Naxçıvan” Universitetinin “Xarici dillər” kafedrasının müdiri Anara Nəsirli “Müzəffər Nəsirlinin uşaq şeirlərinin qəhrəmanları, yaxud baba haqqında nəvə sözü” başlıqlı çıxış edib. O, həm bir tədqiqatçı, həm də şairin nəvəsi kimi Müzəffər Nəsirli yaradıcılığında uşaq şeirlərinin əsas qəhrəmanları, şeirlərdə uşaqlara aşılanan mənəvi duyğu və düşüncələrdən söz açıb. Əsərlərdən gətirdiyi nümunələr əsasında şairin istifadə etdiyi söz və ifadələrin mükəmməlliyindən bəhs edib. Bildirib ki, bu xüsusiyyət şairin uşaqlara olan sevgisinin bədii əksi olmaqla yanaşı, həm də onların rəngarəng dünyasına yaxından bələd olması ilə bağlıdır.
Görkəmli şəxsiyyətlərə göstərilən diqqət və qayğıdan söz açan İnara Nəsirli babasının yaradıcılığına verilən yüksək dəyərə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.
Sabaha-inamla.az

Baxış sayı: 1 704
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR