19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
Qisas qiyamətə qalmadı-Ələsgər Talıboğlu
Tarix: 30-01-2021 02:16 | Bölmə: Ədəbiyyat
(Qorxmaz Abdulla yaradıcılığına bir nəzəri baxış)

Kimdir Qarxmaz Abdulla?..Hər şeydən öncə istedadlı yazıçı-publisist,sevilən söz adamı,gözəl qələm sahibi,sözü ilə könüllərə yol açan,imzası ilə imzalar içində seçilən bir yazar.İkincisi isə ömrünün səksənində dimdik duran işıqlı bir ziyalımız,sözü ilə əməli bir olan nurani ağsaqqal.Bu düzümü bir az da uzada bilərəm.Nə gərək...
Bəs hardan tanıyaram bu qələm adamını?..2015-ci ildə “Dirili Qurbanı”məclisinə ayaq açdığım gündən,o məclisin layiqli üzvlərindən olan yazıçı dostum Nazir Çərkəzoğlunun sayəsində yaxından tanıdım. Və tanıdıqca da aramızda səmimi münasibət yarandı ki,o münasibət bu gün də daha sıx şəkildə davam etməkdədir.Eyni zamanda yaradıcılıq müstəvisində də...
Bu ixtiyar yazıçımızın ,Qorxmaz Abdullanın bu günə qədər on altı publisist və bədii kitabı işıq üzü görmüşdür ki,mən də bu kitablardan sonuncusu olan “Qisas qiyamətə qalmasın”ın işığında onun yaradıcılıq dünyasına güzgü tutmuş olacam.Onun bir neçə kitabını sevə-sevə oxumuşam.Bu kitablardakı publisist məqalələrinin və hekayələrinin coşqulu axarı,bulaq duruluğu və dərin düşüncəsi adamı istər-istəməz öz önünə qatıb aparır,aydınlığa,sabaha doğru...böyük bir ümüd hissi ilə, onun özünün yazdığı kimi...”Yadda saxla,ümüd inama,gümana və güvənə açılan geniş pəncərədir”.
Yeri gəlmişkən, onu da qeyd edim ki Qorxmaz Abdulla erməni işğalçıları tərəfindən işğal olunan Cəbrayıl rayonundan olduğu üçün həm məcburi köçkün,həm də birinci Qarabağ savaşının veteranıdır.O günlərin canlı şahidi kimi, son kitabındakı publisistik xatirə -povestində olduğu tək, əksər məqalələrində-publisistik yazılarında 27 illik məcburi köçkünlük həyatının ağrı-acısını, qəmini, qüssəsini yandırıcı bir dillə,yana-yana ifadə edir.Başlarına gələn faciənin,torpaqlarımızın yağıların əlinə keçməsində günahı özlərində axtarır:“Nə bilim,bəlkə də acgözlüyümüzün,naşükürlüyümüzün cəzası idi sonralar başımıza gələnlər..didərgin düşdük...Keçidlərimiz aşırımlarımız,yollarımız,cığırlarımız...ayağımızın hənirinə tamarzı qaldı”.
Yazıçının burada işlətdiyi “quşlar nəğməsini əsirgədi”,ayağımızın hənirinə tamarzı qaldı”kimi poetik ifadələrin publisistik bir dillə ifadəsi onun qələminin gücündən soraq verir.
Bu 27 ildə köçgün damğasını daşımağın,bu damğanın ağırlığı altında əzilməyin,inləməyin nə olduğunu yazar qardaşım digər məcburi köçkünlər kimi dolğunluğu ilə bildiyi üçün də varlığı ilə hayqırır:
“Dəfələrlə demişəm,yenə təkrarlayıram:kim kimə qarğısa, desin,səni görüm evindən-eşiyindən olasan.Yurdundan-yuvandan üzüləsən.Viranə qalmış od-ocaqda bayquşlar ulasın,qara qarğalar qarıldaşsın”.
“Dərdim var dağlar kimi”deyən yazar Füzulidən,Kəlbəcərdən,
Laçından,Zəngilandan olan məcburi köçkünlərlə birgə bu acı ömrü yaşamaqlarını,aralarındakı səmimi münasibətləri obrazlı şəkildə belə ifadə edir:
“...dərdimizi dağıtmaq üçün hər gün bir yerə yığışır,keçmiş bəxtəvər günlərimizi xatırlayır,yaşanmış maraqlı nostalji hislərlə yada salır,yüz dərənin suyunu bir dərədən axıdırdıq”.
İxtisasca jurnalist olan bir qələm dostunu-Azər Ədiloğlunu şirin duyğularla xatırlayaraq onun qələminin gücünü bu cür obrazlaşdırır:”yazılarından od püsgürürdü,alov dilimlənirdi”.Bu məcazlı ifadələri eyni ilə Qorxmaz müəlimin özünə də şamil etmək olar.Çünki Qorxmaz Abdulla da publisistik yazılarında jurnalist dostu kimi həyat həqiqətlərini kəskin bir dillə ifadə edir.
Xocalı faciəsindən-soyqırımından söz açan yazıçı “biz məcbiri köçkünlər ağır kürk kimi çıynimizdə gəzdirdiyimiz Xocalı dərdinin,möhnətinin yükü altında əzilərdik”- deyə bu qətliamı qəlb ağrısı ilə qələmə alır.
Qorxmaz Abdulla “Türk qanına susayan canavar xislətli daşnaklar həmişə din-məzhəb qardaşları olan sarı qulaqların ocaq eşələyən maşası olublar”-deyərək qarı düşmənimizin iç üzünü açıb göstərməklə ona olan nifrətini obrazlı şəkildə qara boyalarla bu cür çalarlandırır.
“Azmışam gündüzün qaranlığında”-deyən yazar qardaşım o qaranlıqlardan çıxmağın aydınlıq yolunu belə göstərir:
“Ərazilərimizin erməni-daşnaq faşistlərdən azad olunması,qaçqın və məcburi köçkünlərin doğma yurda qayıdışı mənəvi,fiziki,əməli birlikdən keçir.Məqsədə çatmaqdan yana vahid yumruq halında birləşməyimiz gərəkdir!”
Nə xoş ki,Qorxmaz qardaşımın üç il bundan öncə yazdığı”Qisas qiyamətə qalmasın”xatirə -povesitindəki murazı gözündə qalmadı, dövlətimizin,xalqımızın və yenilməz ordumuzun polad birliyi sayəsində işğal altında olan torpaqlarımız işğaldan azad edildi.Nə xoş ki,yazıçı dostum ,əzizim,ağsaqqalım Qorxmaz Abdullaya göz aydınlığı verənlərdən, birincilərdən biri də mən oldum,sevincimdən ağlaya-ağlaya...sevinc yaşları axıda-axıda...
Bu sevimli yazıçı-publisistin xatirələrini dilə gətirdiyi ayrı-ayrı məqalələr toplusuna nəzər yetirdikcə görürsən ki,usta yazar cəmiyətimizdəki ictimai-siyasi eybəcərlikləri kəskin bir dillə qamçılamaqdan yan keçmir və bizləri keçmişin acı səhvlərindən ibrətamiz dərs almağa çağırır.Çünki “Xudafərin qəzetinin redaktoru, filologiya üzrə fəlsəfə doktoru,gözəl qələm sahibi Şakir Əlifoğlunun dediyi kimi “keçmiş özü də hardasa insanın dönüb özünə baxması üçün bir həyat güzgüsüdür”.Bu güzgünün aydınlığında isə Qorxmaz müəllimin düşüncələrinin tamlığı,bütövlüyü qələminin kəsəri ilə parlaq şəkildə görünməkdədir.Onun ayrı-ayrı görkəmli incəsənət adamları haqqında yazdığı məqalələri ,xatirələri fikrimin isbatı üçün daha bariz nümunədir.
Qorxmaz Abdulla təkcə publisistikası ilə deyil,eyni zamanda nəşri ilə də könülləri fəth etmək gücünə qadirdir.O qələminin məhsulu olan povestləri,hekayələri,əfsanələri,rəvayətləri ,təmsilləri ilə də bir nasir kimi oxucularının rəğbətini qazanmışdır.Bu ustad yazıçı hər şeydən öncə isə kiçik həcmli hekayələri ilə diqqətimizi cəlb edir.Bu kiçik, yığcam ,bir içimlik hekayələrində biri-birindən fərqli,biri-birindən dolğun o qədər gözəl dolğun insan obrazları,insan xarakteri yaradır ki,bu hekayələri oxuduqca müəllifin ustalığına, qələminin cilasına heyrət etməyə bilmirsən.Təkcə tədqiqat obyektinə çevirdiym”Qisas qiyamətə qalmasın”kitabında deyil,eyni zamanda öncədən oxuduğum “Ömürdən o üzə uzanan yollar”və”Ötən günlərimin yadda qalan məqamları”kitablarındakı hekayələrində də eyni şeyin şahidi olursan.
Yazıçının bu hekayələrindəki canlı xalq dilindən yerli-yerində bəhrələnmə üslubu,dilinin şirinliyi oxucunu özünə sıx tellərlə bağlaya bilir,hansı hekayəsinə göz uzadan kimi,istəmirsən ki,bitirmədən ondan ayrılasan.
Onun hekayələrində işlətdiyi”söz körüyünün əyləcini basdı”,”aramsız axtarışlardan maya tutur”,”yandır qəmin atasını”,”sınıq-salxaq su dəyirmanı təki aramla,şaqqa-şaqla üyüdüb tökürdü”,”qarşımdakı xeyirbanlamazın uzun-uzadı bəd nitqinin,darıxdırıcı vəzəriyatının “dozanı”artırmağa kökləndiyinə şübhə yerim qalmadı”,”əsəblərim daima ayaq üstədi”poetik ifadələri yazıçının obrazlı fikir tutumunu ortaya qoyur,bu isə olduqca sevindiricidir.
Qorxmaz Abdulla kiçik həcmli hekayələrində yaratdığı dolğun obrazlarında tipik cizgilər vasitəsi ilə tipik də xarakterlər yarada bilir. Bu onun ən gərəkli məharətlərindən biridir.Hekayətlərinin əksəriyyətinin gözlənilməz sonluqla, novellasayağı bitməsi isə onun uğuruna daha da uğur qatır.
İstedadlı yazıçının yazdığı”Ən istəkli əmimin ölümü”,”Endirim”,”Məktub yetişmədi”,”Qeyri adi yarım gün”,”Starik,oranı qatla”,”Qaynar xətt”və bu kimi sayını artırmağa lüzum bilmədiyim çoxlu hekayələrini nümunə göstərmək olar.
“ -Vətəndaş,nə istəyirsən,hara zəng etmisən?
-Bağışlayın,bura qaynar xətt deyil?
-A kişi,nə”qaynar xətt”?Dolamısan bizi?
Burda qaynayan ayrı şeydi.Saunaya düşmüsən.Nömrəni düz yığa bilmirsən?
Heyrətdən telefonumuzun dəstəyi əlimqarışıq havada dondu.
“Starik oranı qatla”...hekayəsi isə belə bir sonluqla bitir:
“Boş vaxtlarımda oxuduqlarımdan yoldaşlara maraqlı epizodlar...danışırdım.Şirinağa yay-qış təri qurumayan burnunu silə-silə deyirdi:”Starik,mən ölüm,o dediyin yerləri qatla,sizə gələndə oxuyacam.
Ancaq Şirinağa nə bizə gəlir,nə də qatladığım səhifələri oxuyurdu.
Qız ovuna çıxmaqdan başı avazıyırdı ki”...
Bir sözlə nasir hər bir hekayəsindəki obrazların daxili aləmini ustalıqla açır bu kiçik adamların dünyasını əlvan boyalarla göstərə bilir.
Q.Abdullanın qələmə aldığı”Bənövşə nişan aldı”əfsanəsi də olduqca maraq doğurur.
Xalq arasında dolaşan bənövşə çiçəyi haqqındakı əfsanəni geniş və dolğun çalarlarla təsvir etməklə yetinmir.Baharla Bənövşənin sevgisinin mücəssəməsinə çevrilən bu boynu bükük çiçəklə öz taleyini,çarxı tərsə dönmüş həyatını müqayisə edir.Bu isə acı olsa da son dərəcə həyacanlıdır.
“Ay boynu bükük ...bağrı sökük bənövşəm!Qəm yükünün ağırlığından mənim də boynum əyilib ,çiynimdə bitib.Yadıma düşəndə vətənim, elim, sinəmin odunda qovrular dilim ,həsrətin çəkməkdən bükülüb belim...
Son olaraq ömrünün səksəninin dizini yerə vurmuş bu gözəl yazar qardaşıma onu demək istəyirəm ki,sən artıq köçkün deyilsən.Qoy ilhamın daha gur çağlasın,qələminin cilası isə pozulmasın!
9-12 dekabr 2020-ci il
Ələsgər Talıboğlu,
Şair-publisist,AYB-nin üzvü,
Məmməd Araz mükafatı laureatı
Baxış sayı: 1 192
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR