12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Hərbi komissarlıq işçiləri rüşvət alarkən həbs edili
Tarix: 23-10-2025 14:55 | Bölmə: Sosial

Regional FSB-nin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Belqorod vilayətində hərbi komissarlıq əməkdaşları çağırışçılardan rüşvət aldıqları üçün həbs ediliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayətkar qrupa Alekseyevski və Krasnenski rayonlarının hərbi komandirlərinin əməkdaşları, həmçinin səhiyyə işçiləri daxildir. Şübhəlilər 15-dən çox çağırışçıya hərbi xidmətdən azad olmaq üçün uydurma tibbi müayinə arayışı almağa köməklik ediblər.
“Şübhəlilərə qarşı Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “a” bəndi (rüşvət alma) ilə cinayət işi açılıb”, - məlumatda deyilir.
Bu cinayətə görə maksimum cəza on iki ilədək müddətə azadlıqdan məhrumetmədir.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb