20:31 / 22-10-2025
Min illik balta tapılıb
09:35 / 22-10-2025
Əməkdar həkim vəfat etdi
Bütün xəbərlər
İngilis esminesi iki gün ərzində Rusiya Hərbi Dəniz Qüvvələrinin böyük sualtı qayıq əleyhinə gəmisinə kölgə salıb
Tarix: 22-10-2025 20:16 | Bölmə: Karusel

Britaniyanın HMS Duncan esminesi NATO əməliyyatları çərçivəsində Rusiyanın Şimal Donanmasının “Vitse-Admiral Kulakov” adlı iri sualtı qayıq əleyhinə gəmisinə 48 saat kölgə salıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Rus sualtı qayıq əleyhinə gəminin La-Manş boğazı ilə hərəkətini izləmək üçün esminesdən əlavə Kral Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter də iştirak edib.
“Bu, ilk dəfədir ki, Kral Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi belə bir əməliyyatda iştirak etmək üçün (Şimali Atlantika) Alyansının birbaşa komandanlığı altında yerləşdirilir”, - bəyanatda deyilir.
NATO-nun Northwood-da yerləşən Birgə Dəniz Komandanlığı tərəfindən həyata keçirilən əməliyyatda Hollandiya Kral Hərbi Hava Qüvvələrinə məxsus helikopter və Fransa Hərbi Dəniz Qüvvələrinə aid bir bölmə də iştirak edib.
Bundan əvvəl Rusiya Hərbi Dəniz Qüvvələri Britaniya mətbuatının La-Manş kanalında rus sualtı qayığının “ələ keçirilməsi” ilə bağlı xəbərini “gülünc” adlandırmışdı.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər