20:31 / 22-10-2025
Min illik balta tapılıb
09:35 / 22-10-2025
Əməkdar həkim vəfat etdi
Bütün xəbərlər
Paşinyan Ermənistanda konyakın niyə istehsal oluna bilmədiyini izah edib
Tarix: 22-10-2025 22:17 | Bölmə: Sosial

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, yerli şirkətlərin bu addan istifadə etmək hüququ olmadığı üçün ölkədə konyak istehsal oluna bilməz.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bəzi nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri Ermənistanda məhsullarının saxtalaşdırılmasından şikayət edirlər. Paşinyan əlavə edib ki, 2018-ci ildən məhsulların standartlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
"Ermənistanda konyak, "Jermuk" (erməni mineral suyu - redaktorun qeydi) Dilicanda istehsal oluna bilməz. Ermənistanda şampan istehsal oluna bilməz", - Ermənistan KİV-i baş nazirə istinadən xəbər verir.
2021-ci ilin yayında Ermənistan hökuməti Avropa İttifaqı ilə alkoqollu içkilərdə “konyak” sözünün mərhələli şəkildə ləğvi çərçivəsində İrəvana üç milyon avronun köçürülməsini nəzərdə tutan maliyyə sazişini təsdiqləyib.
2023-cü ilin noyabrında Ermənistan hökuməti Aİ ilə müəyyən keyfiyyət standartına cavab verən konyak istehsalına imkan verəcək marka və coğrafi göstərici ilə bağlı razılığa gəldiyini açıqlayıb. Həmçinin məhsulun “erməni brendi” coğrafi göstəricisi ilə bazara çıxarılması qərara alınıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər