Bütün xəbərlər
Deputat şəhid ailələri ilə görüşdü-FOTO+VİDEOLAR
Tarix: 16-10-2025 00:23 | Bölmə: Sosial
47 saylı Sumqayıt–Abşeron–Qaradağ üzrə deputat Zaur Şükürov Sumqayıtda şəhid ailələri ilə görüşüb.
Tədbirdə şəhidlər bir dəqiqəlik sükutla yad olunub.Dövlət himni səsləndirilib.
Tədbirdə şəhidlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
               
               
               
Deputat Zaur Şükürov çıxışında deyib:"Heç şübhəsiz şəhidlərin şəkilləri daim bizim başımızın üzərində olacaq.Onların adları daim bizim qəlbimizdə olacaq.Onlar bir tarix yazdılar.Şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz həqiqətən Azərbaycan tarixində görünməmiş bir qəhrəmanlıq salnaməsi yaratdılar.Son 80 ildə Azərbaycan heç bir dövlətin əldə etmədiyi 

                         

qalibiyyət əldə etdi.Amma biz tarixə baxsaq tarixi düşmənlərimiz üzərində deyərdim son 200-300 il ərzində əldə etmədiyimiz qələbəni əldə etdik.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz Ali Baş Komandanlığı, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin görünməmiş şücaəti sayəsində biz torpaqlarımızı işğaldan azad etdik.Suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik.Ləyaqətimizi döyüş meydanında bərpa etdik.İndi hər bir Azərbaycan övladı başı dik, qürurla gəzir. Məhz bu qələbənin nəticəsidir ki, Azərbaycanın dünya miqyasında nüfuzu günbəgün artır.Bu gün beynəlxalq müstəvidə keçirilən ən nüfuzlu tədbirlərə Azərbaycan lideri cənab İlham Əliyev dəvət alır.Və söz sahibi kimi Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə müdafiə edir. 
                           
                           


Uğurlu fəaliyyətimiz bizim əldə etdiyimiz qələbənin, şəhidlərimizin şücaətinin nəticəsidir.  nəticəsidir. Bizim borcumuz şəhidlərin ruhunu uca tutmaq, şəhid ailələrinin daim yanında olmaqdır. Cənab Prezident İlham Əliyev, Birinci vitse prezident Mehriban Əliyeva şəhid ailələrinə daim diqqət göstərilməsini vurğulayır. Gənc nəsil bu qəhrəmanlıq salnaməsini yadda saxlamalıdır, heç vaxt unutmamalıdır. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qorumalıyıq.Allah şəhidlərimizə rəhmət eləsin, ruhları daim şad olsun.Biz heç vaxt onları unutmayacağıq.Onlar bizim qəlbimizdə, zehnimizdə əbədi yaşayacaqlar!"
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az






Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər