20:31 / 22-10-2025
Min illik balta tapılıb
Bütün xəbərlər
Zaxarova: "Aİ-nin Rusiyaya qarşı məhkəməsi qeyri-legitim olacaq"
Tarix: 23-10-2025 15:29 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqında Rusiya Federasiyasına qarşı xüsusi tribunal yaradılmasını qəbuledilməz elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, belə bir təşəbbüs qeyri-legitim sayılacaq və iştirakçı dövlətlər üçün nəticələrə gətirib çıxaracaq.
Diplomatik sözçüsü təklif olunan mexanizmi həqiqətin bərqərar olmasına heç bir aidiyyəti olmayan “sifarişlə hazırlanmış ədalət” kimi qiymətləndirib.
"Bu qeyri-qanuni strukturun işi və qərarları, əgər nə vaxtsa işıq görsə, bizim üçün əhəmiyyətsiz olacaq. Biz istənilən dövlətin ona qoşulmasını qaçılmaz nəticələri olan son dərəcə düşmən addım kimi qiymətləndirəcəyik", - Zaxarova brifinq zamanı deyib.
O, belə bir presedentin yaradılmasının gələcəkdə Qərb ölkələri və onların müttəfiqlərinə qarşı istifadə oluna və beynəlxalq hüququn əsaslarını sarsıda biləcəyi barədə xəbərdarlıq edib.
Bundan əvvəl Avropa Şurasının baş katibi Alen Berset bildirmişdi ki, Avropa rəsmiləri hazırda “Rusiyaya qarşı xüsusi tribunal” yaratmaq üzərində işləyirlər. Lakin TASS-ın məlumatına görə, Macarıstan və Slovakiya Brüsselin Rusiyaya qarşı tribunal yaratmaq təşəbbüsündə iştirakdan imtina edib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər