20:31 / 22-10-2025
Min illik balta tapılıb
09:35 / 22-10-2025
Əməkdar həkim vəfat etdi
Bütün xəbərlər
Polşa ordusu bəyan edib ki, Putinin təyyarəsini vura bilər
Tarix: 22-10-2025 22:13 | Bölmə: Dünya

Polşa ordusu Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Polşanın hava məkanına daxil olarsa, onu vura bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri “Super Express” nəşrinə müsahibəsində polşalı general Roman Polko deyib.
Polko belə bir əməliyyatın "tamamilə mümkün" olduğuna əmin olduğunu bildirib.
“(Polşa) Hərbi Hava Qüvvələri bu cür ssenarilərə hərtərəfli hazırdır və əgər təyyarə planlaşdırıldığı kimi onların əmrlərini yerinə yetirməsə, onlar istənilən vasitə ilə onu yerə enməyə məcbur etmək, ekstremal hallarda isə hətta onu vurmaq hüququna malikdirlər”, - Polşa hərbi zabiti bildirib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan etmişdi ki, Polşa Vladimir Putinin təyyarəsinin Rusiya liderinin ABŞ prezidenti Donald Trampla görüşəcəyi Budapeştə təhlükəsiz keçməsinə zəmanət verməyəcək. Bundan əlavə, Sikorski Polşanın təyyarəni qaçırmağa cəhd edə biləcəyinə eyham vurub.
Bundan əvvəl Bolqarıstanın xarici işlər naziri Georg Georgiev bəyan etmişdi ki, Sofiya Rusiya liderinin təyyarəsinin Budapeştə uçması üçün hava dəhlizləri verməyə hazırdır. Bu arada Avropa Birliyinin diplomatiya rəhbəri Kaja Kallas etiraf edib ki, Putinin Macarıstana səfərini görməkdən "çox da məmnun olmayacaq".



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər