22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
"Fakt": Rubio Trampa Putinlə görüşü ləğv etməyi məsləhət görüb
Tarix: 23-10-2025 18:45 | Bölmə: Dünya

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Trampa Rusiya lideri Vladimir Putinlə Budapeştdə görüşünün ləğvi ideyasını təklif edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri polşalı jurnalist Maqdalena Qornika-Partika Faktla bölüşüb.
Onun sözlərinə görə, Rubio Trampı Rusiya-Amerika sammitində iştirakdan çəkindirməklə Ağ Ev rəhbərini biabırçılıqdan xilas etmək istəyib.
"İlk növbədə Marko Rubionun rolunu qeyd etmək lazımdır. O, Donald Trampı Putin qarşısında ictimai məğlubiyyətdən qorumaq istəyir. Sadə dillə desək, Rubio istəmir ki, Tramp bütün dünyanın gözü qarşısında axmaq kimi görünsün", - Qornika-Partika deyib.
Qeyd edək ki, daha əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə keçiriləcək görüşünü ləğv etdiyini açıqlamışdı. Amerika lideri "bunun səhv olduğunu" hiss etdiyini söylədi. Bundan başqa, Ağ Ev rəhbəri Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər