20:31 / 22-10-2025
Min illik balta tapılıb
Bütün xəbərlər
Dələduzluq etdiyinə görə həbs edilib
Tarix: 23-10-2025 15:39 | Bölmə: Karusel

Kemerovo vilayətində Osinniki şəhər dairəsinin keçmiş rəhbəri İqor Romanov sosial mənzil fırıldaqçılığı ittihamı ilə həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, məmur 2018-2020-ci illər arasında kommersiya və dövlət təşkilatlarının digər əməkdaşları ilə əlbir olaraq bələdiyyə mənzillərinin alqı-satqısı yolu ilə büdcə vəsaitlərini mənimsəmək üçün cinayət sxemi təşkil edib.
“Əldə edilmiş razılaşmanı həyata keçirmək üçün onlar Osinniki şəhərinin Yermak küçəsindəki binada mənzillərin alınması üçün rayon administrasiyası ilə ümumilikdə 40 milyon rubldan çox dəyərində 29 bələdiyyə müqaviləsi bağlayıblar”, - agentlik bildirir.
Mənzilin qiymətinin sosial cəhətdən həssas vətəndaşlar üçün nəzərdə tutulsa da, qəsdən şişirdildiyi göstərilir. Nəticədə bələdiyyə büdcəsinə 6,5 milyon rubldan çox ziyan dəyib.
Osinnikovski şəhər dairəsinin keçmiş rəhbəri Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən törədilmiş külli miqdarda dələduzluq maddəsi ilə 29 cinayətdə ittiham olunub.
Bir gün əvvəl, oktyabrın 22-də İqor Romanov öz istəyi ilə istefa verib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər