20:31 / 22-10-2025
Min illik balta tapılıb
Bütün xəbərlər
Poddubnı: "Rusiya 1000 həlak olmuş əsgərin cəsədini Ukraynaya təhvil verib"
Tarix: 23-10-2025 14:53 | Bölmə: Siyasət
 
Rusiya Ukrayna tərəfinə həlak olan 1000 əsgərin cəsədini təhvil verib, VGTRK-nın hərbi müxbiri, Rusiya Qəhrəmanı Yevgeni Poddubnı bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunun müqabilində 31 əsgərin cəsədi Rusiya tərəfinə təhvil verilib.
"Bizimlə düşmən arasında meyit mübadiləsi yenicə başa çatıb. Rusiya tərəfi 1000 Ukrayna hərbçisinin cəsədini Ukraynaya təhvil verib. Biz 31 şəhid Qəhrəmanımızı qəbul etdik", - Poddubnı Telegram kanalında yazıb.
Əvvəlki meyit mübadiləsi sentyabrın 18-də baş tutub. Daha sonra Rusiya Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş 1000 əsgərinin cəsədini Ukrayna tərəfinə verib və əvəzində 24 rus hərbçisinin cəsədini qəbul edib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər