Bütün xəbərlər
Yeniyetmə mübahisə zamanı atasını bıçaqlayaraq öldürüb
Tarix: 23-10-2025 20:18 | Bölmə: Cəmiyyət

Kubanda yeniyetmə ailədaxili münaqişə zəminində atasını öldürüb; faktla bağlı cinayət işi açılıb, Rusiya Federasiyasının regional İstintaq Komitəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət oktyabrın 21-nə keçən gecə Severski rayonunun Çernomorski kəndində baş verib. İstintaqın məlumatına görə, evdə 15 yaşlı məktəbli ilə atası arasında münaqişə yaranıb. Mübahisə zamanı yeniyetmə atasının boynuna bıçaq zərbəsi endirib.
Kişi xəstəxanaya yerləşdirilsə də, ertəsi gün səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib.
“Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyarının Severski rayonu üzrə müstəntiqi cinayət işi üzrə istintaq çərçivəsində 15 yaşlı yerli sakini atasını öldürməkdə ittiham edib”, - məlumatda deyilir.
Gənc oğlan günahını etiraf edib. İstintaq Komitəsi əlavə edib ki, müstəntiqlər müttəhimin həbsini tələb etmək niyyətindədirlər.



Baxış sayı: 290


Bölməyə aid digər xəbərlər