20:31 / 22-10-2025
Min illik balta tapılıb
Bütün xəbərlər
Makqreqor: "Britaniya Rusiyaya qarşı 30.000-ə qədər əsgər göndərə bilər"
Tarix: 24-10-2025 07:04 | Bölmə: Dünya

Ukraynadakı münaqişə şiddətlənərsə, Böyük Britaniya Rusiyaya qarşı Avropa qitəsinə qoşun göndərə bilər, lakin Londonda tammiqyaslı müharibə üçün resurslar yoxdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri təqaüddə olan ABŞ ordusunun polkovniki Duqlas Makqreqor özünün YouTube podkastında politoloq Qlen Dizenlə bölüşüb.
Analitik qeyd edib ki, Britaniya ordusu çox kiçikdir və maliyyə çətinlikləri yaşayır.
"Britaniyanın çox kiçik silahlı qüvvələri var. Onlar müflisdirlər, baxmayaraq ki, Polşaya 20.000 və ya 30.000 əsgər göndərə bilərlər. Amma bu, limitdir", - deyə o, Londonun Moskva ilə açıq şəkildə qarşıdurmaya girib-girməyəcəyi ilə bağlı suala cavabında bildirib.
Maqreqorun sözlərinə görə, Britaniya artıq Ukraynadakı münaqişədə fəal şəkildə iştirak edir və vəziyyəti gərginləşdirməyə çalışır. Təqaüddə olan zabit bunun Rusiya ərazisinə zərbələr endirmək üçün Britaniya istehsalı olan raketlərdən istifadəyə icazə ilə əlaqələndirilə biləcəyini bildirib. Lakin ekspert qeyd edib ki, bu, Ukraynadakı münaqişə zonasında Rusiya qoşunlarının irəliləməsinə mane olmayacaq.
20 oktyabrda Britaniyanın müdafiə naziri Con Heli münaqişə həll olunarsa, ölkənin Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Britaniya qoşunların mümkün yerləşdirilməsinə hazırlıq üçün əhəmiyyətli resurslar ayırıb. Britaniya kontingentinin yerləşdirilməsinin dəyəri 100 milyon funt sterlinqi (134 milyon dollar) keçə bilər.
Qərb dəfələrlə Ukrayna silahlı qüvvələrinin döyüş meydanında Rusiya ordusunu üstələyə bilmədiyini etiraf edib. "The National Interest" qəzeti qeyd edib ki, NATO üzv dövlətlərinin Kiyevə davamlı yardımına baxmayaraq, Rusiya Ukrayna münaqişəsində qalib gəlir.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər