17:22 / 03-11-2025
Təyyarə təcili eniş edib
Bütün xəbərlər
Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu
Tarix: 17-10-2025 19:58 | Bölmə: Sosial

ramiz-mehdiyevin-aile-uzvlerinin-olkeden-cixisina-stop-qoyuldu


Barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
“Qafqazinfo” “Gununsesi.info”ya istinadən xəbər verir ki, bunlar Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev, qızı Kamilə Əliyevadır.

Məlumatda, həmçinin Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
Qeyd edək ki, Teymur Ramiz oğlu Mehdiyev Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavinidir.




Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər